Əsas Səhifə > Ölkə, Manşet > Generalın ittihamları artıq hazırdır...

Generalın ittihamları artıq hazırdır...


11-07-2024, 11:14
Generalın ittihamları artıq hazırdır...
Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.
Dia-az.İnfo-nun məlumatına görə, artıq onun adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.

Hazırda sözügedən saytda onun tutduğu vəzifə - müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı haqda məlumat tapmaq mümkün deyil.

Xatırladaq ki, məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.

Qeyd edək ki, K.Mustafayev 2014-cü ilin mayında sözügedən vəzifəyə təyin edilmişdi.

Generalın ittihamları artıq hazırdır...

Dia-az.İnfo-nun özəl mənbələrdən əldə etdiyi informasiyada isə qeyd olunurdu ki, Kərəm Mustafayev olduqca aşağılayıcı formada vəzifədən alınıb və ona qarşı ağır ittihamlar da hazırlanır.

Hadisə baş verən gün Dia-az.İnfo olaraq özəl mənbəyə istinadla bu xəbəri təqdim etmişdik:

“Kərəm Mustafayevə dərhal sərəncama göndərildiyi bidirildi və anındaca, 30 dəqiqə içərisində qərargahı tərk etmək əmri verildi. Şəxsi əşyalarını götürmək imkanı olmadı. Bizdə olan məlumata görə, onun vəzifədən çıxarılmasının səbəbi son vaxtlar orduda baş verən qəlt hadisələrini bədbəxt hadisə kimi qələmə verib, nazirliyi aldatmağa cəhd etməsi olub”.

Bu barədə əldə etdiyimiz son bilgilərdən isə aydın olur ki, Kərəm Mustafayevə qarşı ittihamlar hazırdır və onun həbsinə tədarük gedir: "Bunun üçün sadəcə olaraq siyasi qərar gözlənilir. Çünki ortada çox ciddi yeyinti, fırıldaq, mənimsəmə və digər bu kimi xəyanət xarakterli ittihamlar da var..."

Geri qayıt