Əsas Səhifə > Ölkə, Manşet > "Binə" Ticarət Mərkəzi də "plana düşdü" - Kəbirə Məmmədovanın "kitabı bağlanır"

"Binə" Ticarət Mərkəzi də "plana düşdü" - Kəbirə Məmmədovanın "kitabı bağlanır"


24-03-2014, 13:24
"Binə" Ticarət Mərkəzi də "plana düşdü" - Kəbirə Məmmədovanın "kitabı bağlanır"
DİA.AZ: - Ətrafında müxtəlif oyunlar gedən «Binə» Ticarət Mərkəzi fəaliyyətini dayandıra bilər. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb. Qaynaq iddia edir ki, ticarət mərkəzinin yerləşdiyi hazırki ərazidə böyük inşaat işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Mənbənin söylədikləri: «Əslində Kəbirə Məmmədovanın rəhbərlik etdiyi bu ticarət mərkəzi çoxdandır hədəfdədir və rəqibləri onun bağlanmasına çalışırlar. Ona görə də illərdir «Binə»nin yerləşdiyi əraziyə dövlət layihələrindən birinin salınmasına çalışılır. Artıq buna nail olunub də. Bu günlərdə yekun qərar veriləcək».

Mənbəmiz onu da əlavə edir ki, ticarət mərkəzin sökülməsi may ayının sonlarına təsadüf edəcək: «Onun başqa bir yerə köçürülüb-köçürülməyəcəyi haqda isə heç bir məlumat yoxdur».

Xatırladaq ki, "Binə" ətrafında neçə müddətdir oyunlar gedir və bu oyunların "final fitinin" səslənməsi artıq uzaqda deyilmiş kimi görünür.

Buna qədər bir neçə dəfə yanğınların, narazılıqların mərkəzi kimi də diqqətə gələn "Binə"nin "plana düşməsi" isə təbii ki, minlərlə sahibkarın işsiz qalması anlamına gəlməkdədir.

Geri qayıt