Əsas Səhifə > Ölkə, Manşet > "Qətnamənin icra olunmasını təmin etmirlər..."

"Qətnamənin icra olunmasını təmin etmirlər..."


24-06-2024, 10:33
"Qətnamənin icra olunmasını təmin etmirlər..."
Birinci Qarabağ müharibəsinin iştirakçısı, Göyçay rayonu, Qarabaqqal kənd sakini Zülfüqarov İlham Firudin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İ.Zülfüqarov onunla bağlı çıxarılan məhkəmə qərarının icra olunmamasından şikayətçidir:

“Mən, Birinci Qarabağ müharibəsinin iştirakçısı Zülfüqarov İlham Firudin oğlu, öncə onu bildirim ki, müharibə iştirakçısı olsam da, təəssüflər olsun ki, bu günə kimi veteran statusu ala bilməmişəm.

Şikayətim ondan ibarətdir ki, Osmanov Ramil Rasim oğlu 2021-ci ilin noyabr ayında pulumu mənimsəyib. Bu barədə müvafiq qurumlara müraciət etmişəm.

2022-ci il, avqust ayının 31-də məhkəmə oldu. Hakim mənim xeyrimə qərar çıxardı. Məhkəmədə Osmanov Ramil Rasim oğlu boynuna aldı ki, həqiqətən də mənə borcu var. Onu da qeyd etdi ki, “ilin axırına kimi ödəyib bitirəcəm”. Lakin bu günə kimi xəbər yoxdur.

Göyçay rayon İcra Probasiya Şöbəsinin əməkdaşı Tərlan Əhmədzadə və Göyçay rayon Polis Şöbəsinin əməkdaşı Elçin Əliyev məhkəmə qətnaməsinin icra olunmasını təmin etmirlər”.

Geri qayıt