Əsas Səhifə > Ölkə, Manşet > "`Starex` kimi karqo şirkətləri bizim əsəblərimizi korlayır..."

"`Starex` kimi karqo şirkətləri bizim əsəblərimizi korlayır..."


15-06-2024, 12:50
"`Starex` kimi karqo şirkətləri bizim əsəblərimizi korlayır..."
"Şikayətim "Starex.az" karqo şirkəti ilə bağlıdır..." Dia-az.İnfo bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Şamxal Bağırzadə adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: "Bu karqo şirkətinin səriştəsiz xidmətinə görə alternativlər çox olduğu üçün "Trendyol" sifarişlərimi artıq bu karqo şirkəti ilə gətirmirəm. Gətirənlərə də məsləhət bilmirəm. Əsəbi olmaq istəmirsinizsə, tezliklə karqo şirkətini dəyişin.
"Temu" bağlamalarını isə sistem avtomatik seçdiyi üçün karqo şirkətini dəyişə bilmirəm. Hər zaman "Starex" gətirir mənim bağlamalarımı.
İlk sifarişim zamanı 6 günə Çindən mənə çatdırılan bağlamalar indi 10 gündən çoxdur ki, bəyan üçün mesaj gəlmir. Bir bağlamam da artıq 1 həftədir mərkəzi anbarda çeşidlenir və mənə çatdırılmır. Bayrama görə də minumum 3-4 gün hələ də çatdırılmayacaq.
Bəhanə olaraq bağlamaların çoxluğunu irəli sürürlər. Amma bu səbəb ola bilməz,bağlama çoxdursa işçi qüvvəsini artır. Artıra bilmirsənsə, bu keyfiyyətsiz və səriştəsiz xidmətdənsə, heç xidmət göstərməyin.
Alışveriş bizim üçün bir hobbi olmaq yerinə, bundan keyf almamız gərəkirkən Starex kimi kargo şirketleri bizim əsəblərimizi korlayır.
Bu kargo şirkətlərinə konkret olaraq nəzarət edən yoxdur. Mənim vəziyyətimdə minlərlə vətəndaş var. Nəticədə heç kimə cavab verilmir, zəng edirsən 3-4 manat konturun gedir cavab verilmir, sosial şəbəkələrdən yazırsan cavab verilmir. Mənim üçün Starexin əsl sloganı aşağıdakı kimi olardı:
Starex - "Bəhanələr çoxdur, keyfiyyət yoxdur"..."

"`Starex` kimi karqo şirkətləri bizim əsəblərimizi korlayır..."

Geri qayıt