Əsas Səhifə > Ölkə, Manşet > Təhsil sisteminə süpürgə çəkilir - Mikayıl Cabbarov bir neçə rektorla bağlı təqdimat yazıb
Təhsil sisteminə süpürgə çəkilir - Mikayıl Cabbarov bir neçə rektorla bağlı təqdimat yazıb19-03-2014, 12:19 |
DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarov daha 3 dövlət ali məktəbinin rəhbəri ilə bağlı prezidentə təqdimat yazıb. Bu şok məlumatı DİA.AZ-a nazirlikdəki məlumatlı mənbə verib. Xəbəri verən qaynaq bildirir ki, Mikayıl Cabbarovun rektorlarla bağlı dəyişiklik siyasəti birbaşa olaraq «yuxarılar» tərəfindən dəstəklənir: «Burada ən maraqlı olanı isə təhsil nazirinin istənilən bir qruplaşmanın çətiri altında olan rektorları belə yerindən oynada bilmə imkanlarına malik olmasıdır. Yəni nazirə kiminlə işləyəcəyi məsələsində sərhəd tanınmayıb və bu da bir çox iqtidariçi qruplaşmaların narazılığı ilə müşaiyət olunmaqdadır». Məlumatı verən mənbə bildirdi ki, özəl təhsil sektorunda da eyni qaydada «təmizləmə» işləri həyata keçiriləcək. Bu barədə geniş araşdırma materialımızı yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Geri qayıt |