Əsas Səhifə > Ölkə, Manşet > Ukraynanın neofaşist hərəkatının liderindən ilginc açıqlama – Monqol-tatarlar Kiyevi yenidən yandırsın...

Ukraynanın neofaşist hərəkatının liderindən ilginc açıqlama – Monqol-tatarlar Kiyevi yenidən yandırsın...


14-03-2014, 12:44
Ukraynanın neofaşist hərəkatının liderindən ilginc açıqlama – Monqol-tatarlar Kiyevi yenidən yandırsın...
DİA.AZ: - Bir neçə gün əvvəl Moskva məhkəməsi tərəfindən barəsində qiyabi həbs qərarı çıxarılan Ukraynanın "Pravıy sektor" təşkilatının lideri Dmitro Yaroş yenidən gündəmi silkələyən açıqlamaları ilə diqqətə gəlib. DİA.AZ-ın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, xaxol neofaşistlərin lideri Ukraynanın qədim tarixi ilə bağlı nostalgiyasını bölüşərkən maraqlı ifadələr işlədib.

Xatırladaq ki, rusiyalı hüquq mühafizə orqanlarının əməkdaşları Yaroşu terrora çağırışda günahlandıraraq cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdilər. Yaroş bir müddət əvvəl "Pravıy sektor"un sosial şəbəkədəki səhifəsində çeçen terroçularının başçısı Doku Omarovdan kömək istəmişdi.

İstintaqın rəyinə görə, Ukraynanın ultramilli təşkilatı olan "Pravıy sektor"un rəhbəri Dmitro Yaroşun antirussiya qüvvələrini ictimai şəkildə Rusiya ərazisində ekstremist addıma və terrora çağırır. RF-nin istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin həmçinin Yaroşun beynəlxalq axtarışa verildiyini bildirirb.

Ukraynanın neofaşist hərəkatının liderindən ilginc açıqlama – Monqol-tatarlar Kiyevi yenidən yandırsın...

Dia.az bildirir ki, indi də rusları əsəbiləşdirən Dmitro Yaroş Ukrayna mətbuatına müsahibəsində bildirib ki, onun ən böyük arzuçu monqol-tatarların Kiyevi yenidən yandırmasıdır. Yaroş öz fikrini belə əsaslandırıb ki, Kiyev əgər monqol-tatar qoşunları tərəfindən bir dəfə yandırılacaqsa, Moskva iki dəfə yandırılacaq: «Monqol-tatar qoşunları Moskvanı bir Kiyevi yandırmağa gələndə, bir də Kiyevi yandırdıqdan sonra geri dönəndə yandıracaqlar».

Bununla da ukraynalı neofaşist lider «moskal» adlandırdığı ruslara olan nifrətini ortaya qoyub.

Geri qayıt