Əsas Səhifə > Ölkə, Manşet > Aprel döyüşlərinin XTQ-çi Qazisi ÇARƏSİZ DURUMDA...

Aprel döyüşlərinin XTQ-çi Qazisi ÇARƏSİZ DURUMDA...


5-03-2024, 09:36
Aprel döyüşlərinin XTQ-çi Qazisi ÇARƏSİZ DURUMDA...
"Mən ehtiyatda olan hərbiçi gizir Hüseynov Ülvi Əjdər oğlu 19.03.1981 ci ildə Beyləqan Rayon Əmirzeyidli kəndində anadan olmuşam. 1999-cu ildə Beyləqan Rayon SHXÇ tərəfindən həqiqi hərbi xidmətə çağırılmışam". dia-az.media bildirir ki, bu barədə ölkə rəhbərliyinə ünvanlanan müraciətdə qeyd olunur.
Müraciət müəllifi daha sonra qeyd edir: "2000-ci il yanvar 8-nə kimi 777 saylı h/h də xidmət etmişəm. 08.01.2000 ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün 052 saylı h/h yə göndərilmişəm. 08.08.2000-ci ildə kursu yüksək səviyyədə bitirmişəm. Xüsusi Təyinatlı Taborda Xüsusi Təyinatlı qrupunun kəşfiyyatçı vəzifəsində xidmətə başlamışam. Xidmət ərəfəsində hərbi desant (paraşüt ), balıq adam, alpinist, xüsusi yaxın qoruma, snayper, partlayıcı maddələr və qurğular istifadəsi kurslarını keçmişəm. Xidmət müddətində xüsusi döyüş təlimləri və döyüş (snayper ) əməliyyatlarında olmuşam. 2016-cı il aprel döyüşləri iştirakçısıyam.
Xidməti vəzifələri yerinə yetirərkən ağır kəllə beyin travması və döyüşlərdə baratravma alaraq Hərbi həkim komissiyasının rəyi ilə 2017-ci ildə ehtiyyata buraxıldım. İkinci qrup əlil və Prezident təqaüdü aldım. 2022-ci ilə qədər. Hər il üçün xəstəxana yatış ekiprizlərim də var 2022 ci ildə əlillərin bərpa mərkəzində komissiyaya girdim imtina gəldi səbəb olaraq ixtisaslaşmış müalicəyə ehtiyacın olması.Binəqədi rayon mərkəzi xəstəxanasında təkrar müalicə aldım ağırlaşmış formada təyin olunmuş vaxtda təkrar komissiyaya girdim bu dəfə diaqnoz əlilliyi təyin etmir diaqnozu qoyuldu.Əlillərin bərpa mərkəzinə, Əhalinin sosial müdafiəsi nazirliyinə, qeydiyyatda olduğum rayon icra nümayəndəliyinə, Milli məclisə mərhum Qənirə xanımın qəbuluna, getdim, Vitse prezidentə, MN nə məktub yazdım bir nəticə olmadı. Sonda mənə dedilər ki inzibati məhkəməyə müraciət etmək lazımdır...
Hərbiyə pensiya təminatı üçün müraciət etdim qəbul etdilər hərbi həkim komissiyasına girdim xəstə çıxdım, qanda şəkər çıxdı, təzyiq, imtina olundu. İşlə bağlı bir çox dövlət müəssələrinə müraciət etdim heç bir nəticə olmadı məcbur kiməsə möhtac yük olmayım deyə inşaatda işə girdi iş qəzası keçirdim onurğa fəqərəsini qırdım müalicə oldum amma ağır işdə işləyə bilmirəm. Çox sıxıntım olduğu üçün məcbur canımı dişimə sıxıb rayonda YDM də az maaşla operator işləyirəm amma səhhətimdə yaranan problemlərə görə işləyə bilmirəm amma məcburam..."

Geri qayıt