Əsas Səhifə > Ölkə, Manşet > Naxçıvanda pulu mənimsənilən XTQ döyüşçüsünə KİMSƏ DƏSTƏK OLMUR...

Naxçıvanda pulu mənimsənilən XTQ döyüşçüsünə KİMSƏ DƏSTƏK OLMUR...


4-03-2024, 11:04
Naxçıvanda pulu mənimsənilən XTQ döyüşçüsünə KİMSƏ DƏSTƏK OLMUR...
Naxçıvan Ordusundakı korrupsiya, rüşvət və mənimsəmə ilə bağlı iddialar ictimailəşdikdən sonra, XTQ hərbçisi Aqil Teymurbəyli Hərbi Prokurorluğa dəvət olunub. Bu haqda „Gündəlik Naxçıvan“a onun özü məlumat verib. Lakin, döyüşçünün izahatı alınsa da, prokurorluq əməkdaşları ona heç bir tədbir görə bilməyəcəklərini bidiriblər.

Şuşaya döyüşlərinin iştirakçısı Aqil Teymurbəyli deyir ki, öncə onu Naxçıvan Hərbi Prokurorluğuna dəvət ediblər. Bakıda olduğunu bildikdən sonra isə, işi Azərbaycan Hərbi Prokurorluğuna yönləndiriblər:

Naxçıvanda pulu mənimsənilən XTQ döyüşçüsünə KİMSƏ DƏSTƏK OLMUR...

“Bakıda izahatımı yazıb, bütün lazımı dəlilləri də ortalığa qoydum. Lakin, dedilər ki, biz bu məsləyə qarışa bilmərik, məhkəməyə müraciət elə. Ortada cinayət əməli ilə bağlı konkret dəlillər var, prokurorluq bu faktları araşdırıb, cinayət işi açmalıdır. Bu mülki, yaxud inzibati işdir ki, birbaşa məhkəməyə müraciət edib? Burada söhbət canını vətən torpğının azadlığı üçün fəda edən, zəfəri xalqımıza yaşadan yüzlərlə hərbiçiyə qarşı edilmiş cinayətdən, korrupsiya və mənimsəmədən gedir. Araşdırmanı da prokurorluq aparmalıdır. Təəssüflər olsun ki, araşdırmaq, cinayət işi açmaq əvəzinə məni məhkəməyə yönəldirlər. Sonra dedilər ki, biz təəssüf edirik ki, Naxçıvanda döyüşçülərə qarşı bu cür haqsızlıqlar və özbaşınalıqlar edilir, lakin, təəsüf ki, heç nə edə bilmirik“.

Aqil Teymurbəyli haqqını əldə edənə kimi mübarizə aparacağını bildirir.

Naxçıvan Ordusundakı korrupsiya, hərbçilərin pullarının mənimsənilməsi və digər qanunsuzluqlarla bağlı mətbuatda tez-tez məlumatlar dərc olunur. Bu cür qanunsuzluqlara ən çox məruz qalanlar isə, İkinci Qarabağ Müharibəsində fəal iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin hərbçilərdir. Şikayətçi hərbçinin atası Kamran Teymurbəyli xüsusi təyinatlıların pullarının necə və hansı yollarla ələ keçirilməsini „Gündəlik Naxçıvan“a ötən həftəki müsahibəsində, faktlarla izah etmişdi. O bildirirdi ki, son üç il ərzində təkcə onun oğluna çatacaq 20 min manata yaxın pul mənimsənilib. Bu cür hərbçilərin sayı isə, yüzlərlədir.

İkinci Qarabağ Müharibəsində Fizulidən Şuşaya kimi döyüşən Aqil Teymurbəyli müxtəlif orden və medallarla təltif olunub.

Geri qayıt