Əsas Səhifə > Ölkə, Manşet > "İnsanları aldatmaq ali meyara çevrilib..."

"İnsanları aldatmaq ali meyara çevrilib..."


23-02-2024, 11:39
"İnsanları aldatmaq ali meyara çevrilib..."
"Bu ölkədə hər sahədə fırıldaqçılıq, insanları aldatmaq ali meyara çevrilib!!! Güzəştli ipoteka ilə ev almaq istəyirəm..." dia-az.media bildirir ki, bunu öz etirazında tanınmış jurnalist Dünya Sakit ifadə edib.
"Keçən ildən çoxları dedi ki, elektron sistemlə nəsə əldə etmək xam xəyaldır, heç cəhd etməyinə dəyməz..." deyə onun əvvəlindən xəbəərdar edildiyini vurğulayan D.Sakit daha sonra əlavə edib:
"Bank sahəsində olan dostlara üz tutdum - hamısı bir ağızdan elektron müraciəti məsləhət gördü.
Bu gün o sistem saat 11-də açıldı... Nə açıldı... 1 dəqiqə belə keçməmiş limitlərin qarşısı qırmızılandı...
Güzəştli kredit limiti hamısından çox olan iki əsas bank - Kapital və ABB-nin qarşısında limit açıq görünsə də, seçim pəncərəsində adları görünmədi!!!
Adı görünən cəmi 5 bankdan birini seçib müraciəti göndərdim - cavab gəldi ki, mənə cəmi 3752 manat təklif edə bilərlər...
Bir daha əmin oldum ki, korrupsiya, rüşvətxorluq, talançılıq üzərində bərqərar olan sistemdə heç bir vintil normal işləyə bilməz!!!"
Sonda isə tanınmış jurnalist onu bu sisstemlə bağlı ümidləndirən yaxınlarına da xitab edib: "Məni elektron müraciət sistemi ədalətlidir deyən, əmin edən dostlar, yalançısınız...."

Geri qayıt