Əsas Səhifə > Ölkə, Manşet > “Mpay” da öz “payı”nı BELƏ GÖTÜRÜR...
“Mpay” da öz “payı”nı BELƏ GÖTÜRÜR...19-02-2024, 09:31 |
" "Mpay" ilə "Azərsu" kartına ödəniş etdim, baxmayaraq ki, pul balansdan silindi... Ancaq dəfələrlə yoxlasam da, xəta verərək karta yüklənmədi. Köhnə "mpay" ilə ödəniş edə bilirdim... lakin yeni "mpay" proqramı yarıtmaz vəziyyətdədir". Dia-az info bildirir ki, bu barədə Sakit Mahmud adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir. Narazı vətəndaş daha sonra bildirir: "Özlərinə yazdım, mənə 1-3 iş günü ərzində araşdırıb məlumat verəcəklərini dedilər. Ancaq o 3 iş günü oldu 2 həftə... Hələ də araşdırdıqlarını deyirlər...." Geri qayıt |