Əsas Səhifə > Ölkə, Manşet > “Azneft”də KÜTLƏVİ İXTİSAR ANONSU...

“Azneft”də KÜTLƏVİ İXTİSAR ANONSU...


16-02-2024, 12:11
“Azneft”də KÜTLƏVİ İXTİSAR ANONSU...
"Bu gün "Azneft" İB "Siyəzənneft" NQÇİ İnsan resusları üzrə məsul şəxsi "Layların və quyuların tədqiqi və istehsal sahəsinin" rəisi Fəxrəddin Mürvətova bildirib ki, onun işəgötürənlə bağladığı daimi xarakterli Əmək Müqaviləsi müvəqqəti müqavilə ilə əvəz olunmalıdır. Səbəbini isə Azneft İB-nin İR üzrə məsul şəxsi Təranə Məmmədova tərəfindən verilən tapşırı ilə izah edib(????)". dia-az.life bildirir ki, bu məlumatı tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı təqdim edib.
Hüquq müdafiəçisi daha sonra əlavə edib: "Sonra cənab Fəxrəddin Mürvətov baş verənləri aydınlaşdırmaq üçün baş direktorun köməkçisi Əfqan Şirinova zəng edib. Əfqan Şirinov ona bildirib ki, 65 yaşdan yuxarı insanlar işdən azad olunmalıdır(????)

Qeyd: cənab Fəxrəddin Mürvətov uzun müddətdir "Siyəzənneft"də çaslışır, bir neçə elmi işin müəllifidir, bu yaxınlarda isə "neftin çıxarılmasında nano texnologiyanın tədbiqinə dair növbəti elmi üzrə müdafiə etməyə hazırlaşır".

dia-az.life bildirir ki, M.Qəhrəmanlı eyni zamanda qanunun tələblərini də diqqətə çatdırıb:

"Ölkənin əmək qanunvericiliyini pozan hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq cəzalanmalıdır.
ARƏM Maddə 70 e-bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər). tələblərinin pozulması.
SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində , işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz".

Geri qayıt