Əsas Səhifə > Ölkə, Manşet > Azad Rəhimovun nazirliyində islahat gözlənilir - Hökumətdə gənclərlə bağlı həyəcan təbili çalındı…

Azad Rəhimovun nazirliyində islahat gözlənilir - Hökumətdə gənclərlə bağlı həyəcan təbili çalındı…


4-03-2014, 11:38
Azad Rəhimovun nazirliyində islahat gözlənilir - Hökumətdə gənclərlə bağlı həyəcan təbili çalındı…
DİA.AZ: - «Gənclər və idman nazirliyi son günlərin baş verən olayları fonunda ən çox sorumlu tutulan qurumlardan biri olduğundan bu nazirlikdə struktur və kadr islahatlarının həyata keçirilməsi zərurəti yaranıb». Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələr xəbər verib.

Məlumatı verən qaynaq iddia edir ki, hökumət gənclərin müxtəlif ideoloji cərəyanların təsiri altına düşməsini ciddi problem kimi qəbul etdiyindən, bu yöndə xüsusi proqramm işlənib, hazırlanıb və proqramma uyğun olaraq əsas islahat ünvanlarından biri kimi Azəd Rəhimovun rəhbərlik etdiyi nazirlik mövqe tutub:

«Azərbaycan gənclərinin Suriya, Əfqanıstan kimi ünvanlara daşınmasına şərait yaradan təhlükəli ideyalar çoxdandır müvafiq dövlət qurumları tərəfindən analiz edilir. Əgər bu məsələdə bir yandan dini konsepsiyanın boşluğu faktor kimi çıxış edirsə, eyni zamanda gənclər və idman nazirliyinin qapalı bir struktur kimi fəaliyyəti də müstəsna iştiraka malikdir. Yəni problem təkcə insanların inanc dalınca qaçarkən yanlışlığa yol verməsində deyil, eyni zamanda bu istiqamətdə maarifləndirmə işinin demək olar ki, yox dərəcəsində olmasındadır».

Mənbə iddia edir ki, yaxın günlərdə Gənclər və İdman nazirliyində yeni strukturun yaradılması planlaşdırılır: «Hələlik bu strukturun hansı ad altında fəaliyyət göstərəcəyi bəlli olmasa da, iş prinsipləri aydındır. Yeni qurumun əsas missiyası gənclərlə bağlı müxtəlif layihələrin təşkilinə və canlandırılmasına nail olmaqdan ibarətdir. Eyni zamanda gənclərin - aktiv ictimai-siyasi fəaliyyətdə maraqlı olan gənclərin yönləndirilməsi üçün xüsusi proqramın icrası da yeni qurumun missiyasına aiddir».

Geri qayıt