Əsas Səhifə > Ölkə, Manşet > Azərbaycanda dolların GERÇƏK DƏYƏRİ: bizə baha satırlar...

Azərbaycanda dolların GERÇƏK DƏYƏRİ: bizə baha satırlar...


26-01-2024, 10:44
Azərbaycanda dolların GERÇƏK DƏYƏRİ: bizə baha satırlar...
Nüfuzlu “The Economist” dərgisi manat üzrə “Big Mac” indeksini (The Big Mac index) dərc edib. Yeni indeksdən məlum olur ki, manatın məzənnəsi ABŞ dollarına qarşı bir qədər də bahalaşıb.

Banker.az xəbər verir ki, bu barədə 2024-cü ilin yanvarı üçün açıqlanan indeksdə bildirilir.

İndeksdə bildirilir ki, “Big Mac” Azərbaycanda 5.95 manat, ABŞ-da isə 5.69 ABŞ dollarında qiymətləndirilir. Dollar/manat cütlüyü üçün gözlənilən məzənnə 1.05-dir.

Bununla faktiki məzənnə arasındakı fərq olan 1.70 Azərbaycan manatının 38.6% dəyərdən aşağı olduğu məlum olur.

Məsələn, avro hazırda əksinə dəyərindən 3.1% daha baha (0.95), funt sterlinq 0.6% daha baha (0.79) göstərilir.

Azərbaycanda dolların GERÇƏK DƏYƏRİ: bizə baha satırlar...

2023-cü ilin iyulunda manatın “Big Mac” üzrə indeksi Azərbaycanda 5.95 manat, ABŞ-da isə 5.58 dollar olduğundan gözlənilən məzənnə 1.07 USD/AZN göstərilirdi. Bununla faktiki məzənnə arasındakı fərq olan 1.70 Azərbaycan manatının 37.4% dəyərdən düşdüyünü göstərirdi.

Ötən ilin əvvəlində isə təqribən hazırkı indekslə ilə eyni idi.

ABŞ dolları 2022-ci ildən başlayaraq həm pandemiyadan sonra gələn güclü inflyasiya və ardınca Rusiya Ukrayna müharibəsi fonunda investorların ehtiyat limanına çevrilib. Belə ki, ABŞ Federal Ehtiyat Sistemi 40 illik inflyasiyanı boğmaq üçün uçot faiz dərəcəsini 0.25%-dən 5.25-5.5%-ə qədər qaldırıb.

Məsələn, 2022-ci ilin yanvarında Azərbaycan manatı “Big Mac” indeksinə görə daha baha idi. Belə ki, Azərbaycanda “Big Mac” 4.5 manat, ABŞ-da 5.04 dollar olduğundan cütlüyün məzənnəsi üçün 0.89 səviyyəsi hesablanırdı. Bu da onun həmin dövrdə 1.70 məzənnəsinin dəyərindən 47.4% daha ucuz olduğuna işarə idi.

Geri qayıt