Əsas Səhifə > Ölkə, Manşet > Əli İnasnova yaxın iş adamları toplantı keçirdi

Əli İnasnova yaxın iş adamları toplantı keçirdi


3-03-2014, 11:59
Əli İnasnova yaxın iş adamları toplantı keçirdi
DİA.AZ: - Son zamanlar siyasi müstəvidə bir yenilənmə ab-havası yaşanır. Əslində, buraya daha çox zaman-zaman hakim düşərgədə nüfuzlu qüvvə kimi diqqətə gələn Qərbu Azərbaycan qruplaşmasının dönüşü ilə bağlı prosesləri şamil etmək olar.

DİA.AZ-a bu barədə danışan mənbəmiz bildirir ki, keçən həftənin bazar günü bir qrup Qərbi Azərbaycan bölgəsi mənsubu hazırda Daşkəsən rayonuna rəhbərlik edən keçmiş millət vəkili Əhəd Abıyevə məxsus olduğu söylənilən «Görüş» restoranında məclis təşkil ediblər. Həmin məclisdə 2 iş adamının və 4 ziyalının iştirak etdiyini bildirən mənbəmizə görə, məclisdə Əli İnsanovun tapşırıqları müzakairə olunub:

«Qərara alınıb ki, hələlik onların marağını xəfif formada müdafiə edən bir həftəlik qəzet təsis edilsin. Eyni zamanda elektron KİV-lə bağlı da müəyyən addımların atılması qərara alınıb».

Mənbə bildirir ki, konkret siyasi təşkilatın yaradılmsı yönündə də müzakirələr aparılıb: «Ola bilsin, «Ağrıdağ» yenidən fəaliyyətini bərpa etsin. Və yaxud da bir başqa təşkilat yaradılsın. Hələlik qəti qərar verilməyib. Amma fəallaşma qərarı qətidir».

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt