Əsas Səhifə > Ölkə, Manşet > Qüdsi Osmanov yenidən müzakirə mövzusu oldu...

Qüdsi Osmanov yenidən müzakirə mövzusu oldu...


23-01-2024, 10:45
Qüdsi Osmanov yenidən müzakirə mövzusu oldu...
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Prezidenti Klaus İohannisə etimadnamələrini təqdim edib.

Bu barədə Rumıniya prezidentinin saytında xəbər yayılıb. Prezident Klaus İohannis Azərbaycan Respublikasının səfiri ilə söhbətində yüksək səviyyəli görüşlərdə əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.

Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan həm siyasi, həm də iqdisadi, xüsusən enerji sahəsində, həmçinin nəqliyyat, təhsil, ticarət və sərmayələr sahəsində dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib.

Qüdsi Osmanov yenidən müzakirə mövzusu oldu...

Bu məsələnin rəsmi tərəfi. Amma bu rəsmi hadisə sosial şəəkələrdə adı yetərincə qalmaqallarda hallanmış Qüdsi Osmanovun yenidən müzakirə olunmasına nədən olub.

Onun bir zamanlar zorramada itttiham olunması ilə yanaşı, bir çox şübhəli mələblər müzakirə predmetinə çevrilib.

Məsələn, Şahin Əhmədli adlı istifadəçi belə yazır:

"2015-ci ildə o ərəfədə Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov rus qızlarına “padxod etmə görüntüləri ilə mətbuatın gündəminə gəlmişdi. 2011-ci ilin Novruz bayramında da Sankt-Peterburqda keçirilən bayram tədbirində hər kəsi şoka salan bir hadisə baş vermişdi. Ənənəvi rəsmi açılış zamanı səhnəyə dəvət edilən Qüdsi Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa qalxaraq əlində tutduğu meqafonla onun çıxışına mane olmuşdu. O, yanındakı qıza işarə edərək, konsulun ona 15 yaşında olduğu vaxt təcavüz etdiyi iddiasını irəli sürmüşdü. Yəni bu adam boğaza qədər çirkabın içindədir".

Qeyd edək ki, səfirimizlə bağlı başqa iddialar da səslənib.

Növbəti yazıda bu barədə xəbər verəcəyik.

dia-az.life

Geri qayıt