Əsas Səhifə > Ölkə, Manşet > `Canişin` əfəndi də Naxçıvanın ən böyük kəndinə YAĞI KƏSİLİB...

`Canişin` əfəndi də Naxçıvanın ən böyük kəndinə YAĞI KƏSİLİB...


12-01-2024, 10:18
`Canişin` əfəndi də Naxçıvanın ən böyük kəndinə YAĞI KƏSİLİB...
"Nehrəm Naxçıvanın ən böyük kəndidir. Kəndin hardasa 15 min sakini var. Böyüklüyünü nəzərə alıb 12 iyun 2020-ci il tarixində Azərbaycan Milli Məclisi bu kəndə qəsəbə statusu verilib. Yəni Nehrəm artıq qəsəbədir. Nehrəmin sakinlərinin sözün yaxşı mənasında Nuh deyib peyğəmbər deməmək xüsusiyyətləri var. Vaxtilə Andranikin Naxçıvanı işğala can atan qoşunlarının qarşısını bu kəndin qəhrəmancasına dirənişi alıb". Bu barədə açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra əlavə edib: "İnsanlarının bu cür mübarizliyi və yeri gələndə tərsliyi Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. 1990-cı illərdə Azərbaycana qayıdan mərhum Heydər Əliyev Naxçıvanın istənilən dairəsindən deputatlığa namizədliyini versəydi, seçkiləri gözü yumulu qazanırdı. O isə Nehrəmdən seçilməyi tərcih edib. Bu da əslində mərhum prezidentin Nehrəmə verdiyi dəyəri göstəririr.
Nehrəm camaatı da indiyədək Heydər Əliyevə sədaqətdən bir addım geri atmayıblar. Hətta kəndin mərkəzində bir park salıb adını Heydər parkı qoyublar.
Bu gün Araz qırağında yerləşən kənd çox ciddi su problemi ilə üz-üzədir. Bu da azmış kimi, küçələri palçıqdan keçilmir. Videodakı palçıq içərisində batan küçələrdən biri də Heydər Əliyev parkına gedir. Bu da, görünür, indiki “canişin” hakimiyyətinin və onun sələfinin Nehrəmə göstərdiyi diqqətin ən bariz dəlilidir.
Vasif “xanı” hardasa başa düşmək olar: nehrəmlilər ona qarşı üsyanları ilə ad çıxarmışdılar və bu səbəbdən də diqqətdən kənarda saxlanılırdılar. Bəs “canişin” hakimiyyəti niyə eyni siyasəti olduğu kimi həyata keçirir? Ümid edirəm ki, Azərbaycan siyasi iradəsini formalaşdıran şəxslərdən biri çıxıb bu sualın cavabını “canişin” əfəndidən istəyəcək.
İndi isə, buyurun, siz də tanış olun Heydər Əliyev yadigarı olan Nehrəm kəndinin "gül qoxan" küçələri ilə..."

dia-az.life

`Canişin` əfəndi də Naxçıvanın ən böyük kəndinə YAĞI KƏSİLİB...
`Canişin` əfəndi də Naxçıvanın ən böyük kəndinə YAĞI KƏSİLİB...
`Canişin` əfəndi də Naxçıvanın ən böyük kəndinə YAĞI KƏSİLİB...

Əlaqədar video burada: bura tıklayın...

Geri qayıt