Əsas Səhifə > Ölkə, Manşet > Pedoqoji Universitetdə təmirə görə tələbələrdən təhsil haqqı vaxtından əvvəl yığılır?

Pedoqoji Universitetdə təmirə görə tələbələrdən təhsil haqqı vaxtından əvvəl yığılır?


22-12-2023, 11:10
Pedoqoji Universitetdə təmirə görə tələbələrdən təhsil haqqı vaxtından əvvəl yığılır?
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin adını çəkilməyini istəməyən tələbəsindən Bizim.Media-ya şikayət daxil olub.

Şikayətdə deyilir ki, ödənişli bölmədə oxuyan tələbələrdən ikinci yarımilliyin təhsil haqqı vaxtından xeyli əvvəl tələb olunur. Tələbə iddia edir ki, təhsil haqqının bir qədər tez tələb olunmasının səbəbi dekanlığın bəzi otaqlarının təmiri ilə bağlıdır.

Məsələ ilə bağlı ADPU ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Cavid Hüseynov Bizim.Media-ya bildirib ki, əvvəla sözügedən fakültənin dekanlığında hər hansı təmir işləri aparılmır:

“Digər tərəfdən isə Universitetin hər hansı binasının bir hissəsində aparılan təmir-bərpa işlərinin təhsil haqqının ödənilmə intensivliyinə heç bir təsiri ola bilməz. Tələbələrdən təhsil haqqı ilə bağlı hansısa tələb varsa, bu sadəcə olaraq normal təhsil ödənişləridir və smestrin sonuna qədər ödənməlidir.

Digər tərəfdən təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr Təhsil Tələbə Kredit Fonduna müraciət edə bilərlər. Əgər subyektiv səbəblərdən ödəmə mümkün deyilsə, işçi qaydada universitetə ərizə ilə müraciət olunur və tələbələrə möhlət verilir”.


Mənbə: Bizim.Media
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


Geri qayıt