Əsas Səhifə > Ölkə, Manşet > "Şəhid xanımı nə etməlidir?"
"Şəhid xanımı nə etməlidir?"9-12-2023, 13:02 |
"Bu qədər məsuliyyətsizlik, özbaşınalıq olmaz!! Şəhid Rahim Tağıyevin övladı - gənc qızımız Ülkər Tağızadə iki həftə əvvəl Hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirilib. Lakin ən böyük dərd bundan sonra başlayıb.. Övladımız Hepatit A xəstəliyindən sağalsa da, evə qızılca xəstəliyi ilə birgə gedibmiş.. Deməli bu klinikanın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur. Birindən sağalsan da, digərini klinikada yoluxursan.. Övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ku, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var. Onu necə müdafiə edəcəyimizi bilmirik.. Şəhid xanımı nə etməli??? Bu necə səhiyyə sistemidir? Bu millətin qəsdinə durmusuz? TƏBİB,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi - Sizdən açıqlama gözləyirik!Səhiyyə sistemi sağaltmalıdır, insanlarımızın sağlamlığı ilə oynamalı deyil..." Şikayətçi: Sevinc Orucova, ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |