Əsas Səhifə > Ölkə, Manşet > SOS: Səhiyyə nazirliyi NİYƏ YATIB Kİ?

SOS: Səhiyyə nazirliyi NİYƏ YATIB Kİ?


30-11-2023, 10:54
SOS: Səhiyyə nazirliyi NİYƏ YATIB Kİ?
"Qızılca ilə bağlı həyəcan təbili çalınmalıdır". Bu çağırışı Filologiya üzrə fəlsəfə doktoru, müstəqil ekspert Elyar İslamoğlu səsləndirib. Durumun acınacaqlı olmasına işarə edən ekspert daha sonra əlavə edib:

"Bir az əvvəl məktəb direktorlarından biri paylaşım etmişdi, şagirdlərindən biri qızılcadan vəfat edib, 200-dən artıq şagird yoluxub.

Özəl klinikalar, poliklinikalar peyvəndi baha edir, dövlət poliklinikalarında isə keyfiyyətsiz peyvəndlər olduğundan valideyn övladını peyvənd etdirmir.

Maarifləndirmə zəif aparılır, uşaqların yoluxmasının qarşısının alınması üçün tibbi məsləhətlər verilmir. Həkimlərimiz, tibb üzrə mütəxəssislərimiz televiziyalarda, radiolarda, sosial şəbəkələrdə qızılca ilə bağlı təcili şəkildə məlumatlandırma etməlidir".


Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...




Geri qayıt