Əsas Səhifə > Ölkə, Manşet > Qarabağ Qazisi Qəbələ xəstəxanasının direktor müavinindən niyə şikayətçidir?
Qarabağ Qazisi Qəbələ xəstəxanasının direktor müavinindən niyə şikayətçidir?29-11-2023, 11:18 |
Qəbələ rayon, Zarağan kəndi sakini Mürsəlov Namiq Əhmədiyə oğlu JAMAZ.İNFO-ya müraciət edərək, üzləşdiyi problemlə əlaqədar müvafiq dövlət qurumlarının tədbir görməsini istəyib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edib. Namiq Mürsəlov qeyd edir ki, döyüşlərdə ağır yaralandığı üçün bir çox bədən üzvləri əmək qabiliyyətsizdir. “Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2014-cü ildə mənə xəstəlik qərarı verildi və 09.02.2018-ci ildən 09.02.2023-cü ilədək 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi”. Qəbələ sakini yazır ki, bununla əlaqədar ona 09.02.2018-ci ildən pensiya və təqaüd verilib. 2019-cu ilin iyun ayında isə pensiya və təqaüdü dayandırılıb. “Bu zaman elektron sistemə əlillik vəziyyətimin yoxlanılması məqsədi ilə baxış keçirən zaman mənə məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyətim əsasız olaraq, mənə heç bir məlumat verilmədən etibarsız hesab edilərək, pensiya və təqaüdüm dayandırılıb”. Qarabağ Qazisi sosial və əlil hüquqlarım pozulduğu üçün Şəki İnzibati Məhkəməsinə müraciət edib. Məhkəmə 30.05.2023-cü il tarixli qərarı ilə onun iddia tələbini təmin edib. “Əlillik müddətim bitdikdən sonra Qəbələ rayon Mərkəzi Xəstəxanasına müraciət etdim ki, təkrar səhətimdə olan ağır xəstəlikləri nəzərə almaqla tibbi göndəriş (forma 88) tərtib edilməklə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilsin ki, mənə növbəti dəfə əlillik təyin edilsin. Lakin 16.11.2023-cü il tarixdə Qəbələ rayon Mərkəzi Xəstəxanasında komissiyada olarkən vəzifəsinə uyğun olmayan, gözü mənim yarı can olmağımı görməyən (ola bilər ki, onun gözlərini digər dəyərli maddi şeylər yumduğundan mənim xəstəliyimi görməyib) direktor müavini Cəfərov Fikrət Bayraməli oğlu hegamonluqla danışaraq, mən müharibə əlillinə tibbi göndəriş göndərməkdən (digər komissiya üzvləri sakit oturub bu hegamona baxırdılar) imtina etmişdir. Hətta əvəllər statsionar müalicə üçün müraciət etdikdə, məni müalicəyə qəbul etməmiş, mən Şəki şəhər Mərkəzi Xəstəxanasında statsionar müalicə olunmuşam. Bu səbəbdən də bu kimi həkim adına ləkə olan Cəfərov Fikrət Bayraməli oğlu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) rəhbərliyi tərəfindən ciddi cəzalandırılmalıdır və gözü mən yarı can insanı görməyə məcbur edilməlidir”. Namiq Mürsəlov sonda dövlət başçısına müraciət edərək, onun əlillik hüququnun təyin edilməsi və pensiyasının verilməsi üçün yardım göstərməsini xahiş edib. Mənbə: "JAMAZ.İNFO" Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |