Əsas Səhifə > Ölkə, Manşet > Ruslan Əliyev GÖRƏVDƏN ALINIB?
Ruslan Əliyev GÖRƏVDƏN ALINIB?17-11-2023, 10:19 |
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin ərizə yazaraq işdən çıxdığı, SOCAR-a məxsus zavodlardan birinə direktor müavini təyin olunduğu barədə məlumatlar yayılıb. Pravda.az xəbərin doğru olub-olmadığını öyrənmək üçün SOCAR-a sorğu ünvanlayıb. İki gün keçməsinə baxmayaraq, SOCAR tərəfindən hələ də məsələ barəsində mövqe bildirilməyib. R.Əliyev ötən gün sosial şəbəkə hesabında məlumat yayıb ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıqqapı” aksiyası 17 noyabr saat 11:00-da başlayacaq. “Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir”, - o qeyd edib. Xatırlatma: Ruslan Əliyev 2019-cu ildən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır. Mənbə: Pravda.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |