Əsas Səhifə > Ölkə, Manşet > Müştərisi `Baku Electronics`ə ÜSYAN ETDİ

Müştərisi `Baku Electronics`ə ÜSYAN ETDİ


14-11-2023, 09:10
Müştərisi `Baku Electronics`ə ÜSYAN ETDİ
"`Baku Electronics`... Sizin bu əməlinizə görə Antiinhisar və digər müvafiq yoxlamaları üstünüzə gətirməsəm, sakitləşməyəcəm. Söhbət də puldan getmir, insanları gic yerinə qoymaqdan gedir.
Qısa məzmun:
"14 pro max" 1 il zəmanəti bitməmiş texniki problem yaşandı.
Servisə verdim, məndən 6 gün sonra zəng edib 40 manat pul istədilər ki (!) format etsinlər.

Siz görün nə qədər insanları avam yerinə qoyursuz ki, sizə deyirəm "Zarafat edirsiz? Formata? 40 manat?" mənə deyirsiz "Yox orada qeyri adi format etmək lazımdır, İtunes-nən"

Aktiv qarantiyam ola-ola. Savadı olmayan və ya sizə inanan insanları barmağınıza dolayaraq ağlınız gedib deyəsən. Heç nədən də çəkinmirsiz...

P.S. Kim bilmirsə, "İphone" format olunması üçün telefon kabel vasitəsilə "notebook"dan pulsuz "İtunes" proqramı vasitəsi ilə format olunur və buna sadəcə 5-7 dəqiqə vaxt lazımdır ki, heç bir resurs sərf edilmir..."

Müştərisi `Baku Electronics`ə ÜSYAN ETDİ

Mənbə: "Müştərinin Səsi" - Müəllif: Tofiq Mehdiyev
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt