Əsas Səhifə > Ölkə, Manşet > Müdafiə nazirliyi daxilində yeni general savaşı

Müdafiə nazirliyi daxilində yeni general savaşı


13-02-2014, 13:46
Müdafiə nazirliyi daxilində yeni general savaşı
DİA.AZ: - Bir müddət əvvəl keçmiş müdafiə naziri Səfər Əbiyevin ən qatı əleyhdarlarından biri kimi tanınan general-leytenant Kərəm Mustafayev geniş səlahiyyətlər əldə etdi ki, bu da nəzərlərdən yayınmadı. Belə ki, müdafiə nazirinin müavini təyin edilən Kərəpm Mustafayev həm də yeni yaradılan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə də irəli çəkildi. Beləliklə gücünün üstünə güc qatan Kərəm Mustafayev yeni müdafiə naziri Zakir Həsənovun 5 müavini arasında daha çox qabaran bir fiqur əhəmiyyətini əldə etdi.

DİA.AZ-a bütün bunları xatırladan məlumatlı mənbə bildirir ki, Kərəm Mustafayev zamanında Səfər Əbiyevə əks cinahda dayansa da, onun Zakir Həsənovun digər müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla münasibətləri heç də qaydasında olmayıb, bu, indinin özündə də belədir.

Müdafiə nazirliyi daxilində yeni general savaşı

Və elə buna görə də, Zakir Həsənova bu gün böyük təsir imkanları olan Nəcməddin Sadıkovun Kərəm Mustafayevə qarşı planlar hazırladığı da iddia olunur. Məlumatlı mənbənin sözlərindən belə anlaşılır ki, Nəcməddin Sadıkov yenicə olaraq Əlahiddə Ümumqoşun Ordusu statusu almış Naxçıvandakı hərbi hissələrimizdə maliyyə yoxlamalarının həyata keçirilməsinə çalışır və bu barədə Zakir Həsənovu da inandırma yolunu tutub.

Mənbənin söylədikləri: «Hər halda, belə bir yoxlamanın baş tutacağı və yaxud da baş tutarsa, ciddi nəticələr əldə edəcəyi təqdirdə belə Kərəm Mustafayevə hansısa formada birbaşa zərbənin vurulması imkansızdır. Ən azından ona geniş səlahiyyətlər verən imzanın möhürü hələ qurumayıb. Amma buna baxmayaraq Sadıkov Mustafayevin daha da böyük nüfuza sahib olmaması üçün bəri başdan hərəkətə keçib».

Bütün maraqlı tərəflərin, məlumatlı şəxslərin mövqelərini işıqlandırmağa hazırıq…



Geri qayıt