Əsas Səhifə > Ölkə, Manşet > “Kubinka”da NƏ BAŞ VERİR: `RR`adlı BƏLA...

“Kubinka”da NƏ BAŞ VERİR: `RR`adlı BƏLA...


8-08-2023, 09:33
“Kubinka”da NƏ BAŞ VERİR: `RR`adlı BƏLA...
DİA.AZ: - Məlum olduğu kimi, “Kubinka” kimi tanınan ərazidə sakinlər evlərini sökmək istəyən tikinti şirkəti ilə problemlər yaşayırlar. Onlar şirkətin təkliflərini uyğun hesab etmirlər.

DİA.AZ bildirir ki, "RR Constructions"sakinlərlə razılaşa bilməsə də, hazırlıqlara artıq başlayıb, ərazini hasara alıb. Sakinlər şirkətin təklifini hüquqlarının pozuntusu kimi şərh edirlər.

DİA.AZ bildirir ki, bu arada "RR Constructions" şirkəti məhkəmələr hesabına sakinləri istədiyi şərtlərə razı salmağa çalışır ki, bu da vətəndaşlara qarşı növbəti BASQI kimi dəyərləndirilməkdədir.

Bununla bağlı DİA.AZ-a danışan sakinlər iddia edir ki, artıq onlarla vətəndaşa qarşı "RR Constructions" adından məhkəmə iddiaları qaldırılıb.

Məsələn, onlardan biri - vətəndaşlar Rzayev Anar Zal oğlu və Rzayev İlkin Zal oğlu ilə “RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhkəmə çəkişməsi davam edir.

DİA.AZ-ın xəbərinə görə, iş qardaşların müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

İşin mahiyyəti mənzil mübahisələri - mənzil münasibətləri üzrə sair mübahisələrdir.

Növbəti məhkəmə iclası hakim Azad İmanovun sədrliyi ilə avqustun 16-da keçiriləcək.

Hər halda bu yolla vətəndaşın susdurulmasının özü belə ən kobud özbaşınalıq faktı kimi dəyərləndirilməlidir.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt