Əsas Səhifə > Ölkə, Manşet > Bu yeyintinin hesabını BNA şefindən SORUŞAN OLACAQMI?

Bu yeyintinin hesabını BNA şefindən SORUŞAN OLACAQMI?


7-08-2023, 11:47
Bu yeyintinin hesabını BNA şefindən SORUŞAN OLACAQMI?
Bakı Nəqliyyat Agentliyi ötən ildən paytaxtda kondisionerli və modern dayanacaqlar quraşdırıb. Lakin bu dayanacaqlardakı kondisionerlər işləmir.

Tribunainfo.az yazır ki, paytaxt sakinlərinin sözlərinə görə, bir çox yerdə quraşdırılan bu dayanacaqların içində avtobus gözləmək mümkün deyil. Hava çox isti olduğundan sözügedən dayanacaqda dayanmaq mümkün olmur. Kondisioner işləmədiyindən hər tərəfi bağlı olan dayanacağa hava da girmir.

Sakinlər bildirib ki, bir ilə yaxındır quraşdırılan bio-smart tipli dayanacaqların əksəriyyətində kondisionerlər elə ilk gündən işləmir ya da işə salınmır. Metronun “Neftçilər” stansiyası ərazisində yerləşən kondisionerli dayanacağda yay boyu kondisioner bir dəfə də işə salınmayıb. Ancaq dayanacağa bitişik formada istifadəyə verilən sərin su satılan köşk işlək vəziyyətdədir.

Metronun “Gənclik” stansiyasının yaxınlığındakı dayanacaqda isə ümumiyyətlə kondisioner quraşdırılmayıb. Dayanacağın hər hərəfi qapalı olsa da, ilk gündən kondisioner yoxdur.

Xatırladaq ki, BNA paytaxtda 100-ə qədər bio-smart tipli dayanacaq quraşdırıb.

Bu yeyintinin hesabını BNA şefindən SORUŞAN OLACAQMI?
Bu yeyintinin hesabını BNA şefindən SORUŞAN OLACAQMI?

Geri qayıt