Əsas Səhifə > Ölkə, Manşet > `İrşad Elektroniks` yenə də ALDADIR: `Yeni telefon tələb edirəm!`

`İrşad Elektroniks` yenə də ALDADIR: `Yeni telefon tələb edirəm!`


3-08-2023, 09:53
`İrşad Elektroniks` yenə də ALDADIR: `Yeni telefon tələb edirəm!`
Mərhum sənətçi Rüfət Mehdiyevin qızı Zəminə Mehdiyeva “İrşad Telekom”dan şikayətçidir.

DİA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, bu haqda o sosial şəbəkədə məlumat paylaşıb.

Zəminə Mehdiyeva şirkət tərəfindən aldadıldığını qeyd edib:

“2 ay öncə 3 min manata iPhone 14 Pro telefonu aldım. Telefon qısa müddədə xarab oldu. Onlara müraciət etsəm də, heç bir yardım göstərmirlər.

2 ay telefonsuz qalacağımı və bu müddətdən sonra mənə platası dəyişdirilmiş, açılmış bir telefon verəcəklər.

Mən isə bununla razı deyiləm. Onlardan yeni telefon tələb edirəm”.

VİDEOYA BAXMAQ ÜÇÜN bura tıklayın...


Geri qayıt