Əsas Səhifə > Ölkə, Manşet > İbrahimov qardaşlarının qürub çağı yetişir
İbrahimov qardaşlarının qürub çağı yetişir10-02-2014, 10:01 |
DİA.AZ: - İki il əvvəl «ATV» kanalı üzərindəki nəzarətlərini itirən İbrahimov qardaşları yenidən hədəfdədirlər. Bildirək ki, bu qardaşlar kifayət qədər böyük imkan sahibi olsalar da, ara-sıra rəqibləri tərəfindən küncə sıxışdırılmaları səbəbindən həm də itki vermək zorunda qalırlar. Məsələn, bu gün qardaşların hər birinin taleyi faktiki olaraq «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin inşasına rəhbərlik etdiyi «Khazar İslands»dan asılı vəziyyətdədir. Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə bildirir ki, Hacı İbrahimin layihəsi uzandıqca qardaşlar bir növ toxunulmazlıqlarını qorumuş olurlar: «Amma heç bir layihə əbədhi deyil. Doğrudur, Hacı İbrahim layihəsinin ömrünü uzatmağa çalışır və məqsədli şəkildə gördüyü işin icrasını yubadaraq, bunu fərqli bəhanələrlə əsaslvndırır. Məsələn, keçən ilin may ayının 10-da «Khazar İslands»ın 10 hektalrıq ərazisi hazır olmalı idi. Və hətta bu məqsədlə prezidentin əraziyə gəlişi də planlaşdırılmışdı. Amma Hacı İbrahim Nehrəmli son anda «yuxarılara» prezidentin gəlişinə hazırlıq olmadıqlarını bildirdi və bunu da maliyyə sahəsindəki problemlə əlaqələndirdi. Yəni guya ki, hansısa ərəb şirkəti ərazinin yaşıl örtüklə təminatını pulun ödənilməsinin yubanması səbəbindən vaxtında icra etməyib». Mənbəmiz bildirir ki, bu kimi yollarla mövqelərini qoruyan İbrahimov qardaşları yenidən hədəfdədirlər: «Təbii ki, artıq kimsə onların nazını çəkmək fikrində deyil. Əgər iş adadakı tədarüklə bağlıdırsa, bu gün həmin işi görməsi üçün sıraya düzülən onlarla nüfuzlu oliqarx var. Yəni Hacı İbrahim əlini çəkərsə, ada hazır olmayacaq - deyənlər yanılır». Mənbə iddia edir ki, yaxın günlərdə ilk olaraq İbrahimovları nümayəndələrindən birinin - Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun vəzifəsindən alınması ilə başlanacaq proses nəticəsində Hacı İbrahimin biznesinə əl qoyulacağı da gözləniləndir: «Rəqibləri buna nail olublar. Ciddi və şok olaylar irəlidədir». Geri qayıt |