Əsas Səhifə > Ölkə, Manşet > Azərbaycanın bank sistemi BİZİ BELƏ SOYUR...

Azərbaycanın bank sistemi BİZİ BELƏ SOYUR...


14-07-2023, 09:42
Azərbaycanın bank sistemi BİZİ BELƏ SOYUR...
DİA.AZ: - "Bir nəfərə 10 manat verməli idim. Üstümdə nağd pul olmadığı üçün kartdan-karta köçürməyə razılaşdıq. Və…" DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Vüsal Məmmədov çıxış edərək etirazını ifadə edib.

Azərbaycanın bank sistemi BİZİ BELƏ SOYUR...

Daha sonra jurnalist qeyd edir:
"Məlum oldu ki, mənim "Kapitalbank" kartımdan onun "Leobank" kartına 10 manatın köçürülməsi əməliyyatına 1 manat 50 qəpik komissiya haqqı tutulur… Yəni 15%.İnsaf doğrudan da dinin yarısıdırsa, ölkədə ən qatı ateist bunlardırlar.

Əməliyyatdan imtina etdim. Borclu-borclunun sağlığını istər, gələn dəfə görüşəndə üstümdə nağd pul olar, 10 manatı verərəm".

Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri dia.az olaraq dinləməyə hazırıq...

Geri qayıt