Əsas Səhifə > Ölkə, Manşet > Söyüdlüdən daha böyük təhlükə var: DAŞ SALAHLI...

Söyüdlüdən daha böyük təhlükə var: DAŞ SALAHLI...


13-07-2023, 09:44
Söyüdlüdən daha böyük təhlükə var: DAŞ SALAHLI...
DİA.AZ: - "Əslində Azərbaycanın hər guşəsində Söyüdlü var. Cənab Prezident Söyüdlü camatına sahibləndi. Oxşar problemi yaşayan yerdə qalan bölglərdə də xalqın gileyləri nəzərə alınmalıdır". DİA.AZ bildirir ki, bu barədə edilən vətəndaş müraciətində bildirilir.

Narazı vətəndaşlar olduqca ilginc faktları açıqlayırlar: "Qazax rayonunun 12 min nəfərdən artıq əhalisi olan Daşsalahlı kəndi sement, gil, əhəng zavodları ilə əhatə olunub. Zavodlar tüstüləri ilə, gecə-gündüz əhalini zəhərləməklə məşguldur. Bunun qarşısını almaq ücün filtir quraşdırılmalıdır. Bu isə əlavə xərc və vaxt tələb edir.

Sənədlərdə isə hər şey qaydasındadır. Hətta guya filtirlər dəyişəndə ekologiya idarəsinin işcilərini də dəvət edirlər. Orada isə sadəcə akt bağlanır.

Zavodlara xammal yaxınlıqdakı Avey dağındakı mədənlərdən cıxarılır. Orada da sovetlərin vaxtında uran aşkar edilmişdir. Yaxınlıqda yaşayış məntəqəsi olduğundan istismarına qadağa qoyulmuşdur. İndi it yiyəsini tanımır. Kim hardan nə cıxardır, bilinmir. Radiasiyanı ölcənmi var?

Bu faktdır ki, Daşsalahlı kəndində ayrıca olaraq xərcəng xəstəliyinə tutulanların sayı, Qazax rayonunda həmin xəstəliyə yoluxanların ümumi sayından coxdur. Hətta mədənləri daha yaxşı talamaq ücün tez-tez Avey dağında partlayışlar edirlər. Bu da tektonik sürüşmə əmələ gətirə bilər.

Xatırladaq ki, ilk insan mərkəzlərindən biri həmin ərazidə yerləşir..."

DİA.AZ olaraq Qazax sakinləri adından qaldırılan bu problemin aidiyyatı qurumlar tərəfindən nəzərə alınacağına ümidliyik.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt