Əsas Səhifə > Ölkə, Manşet > Xəzər icra hakimiyyətinə də şikayət etdik, amma...

Xəzər icra hakimiyyətinə də şikayət etdik, amma...


12-06-2023, 09:39
Xəzər icra hakimiyyətinə də şikayət etdik, amma...
DİA.AZ: - "Xəzər rayonu, Dübəndi və Xaşa-Xuna bağları, su yoxdur. Artıq neçə ildir ki... yoxdur. Hansı quruma şikayət edirik, xeyri yoxdur. Xəzər icra hakimiyyətinə də şikayət etdik, amma nəticə olmadı. Düşündük ki, rayonun bir sahibi var... amma yanıldıq..." DİA.AZ bildirir ki, bunu Xəzər rayon sakini Oqtay Fərəcov öz gileyində ifadə edib.

Sakinlər adından edilən müraciətdə daha sonra bildirilir: "Qəribəsi odur ki, bizdən sonra olan Zirə və Pirallahıda var, bizdən əvvəl olan Mərdəkan və Qalada var, amma sırf bizdə bu suyu çəkmək istəmir Azərsu...

İllərdir içməli suyu maşınla gətizdirib alırıq, digər ehtiyacları da məcbur quyudan çəkdiyimiz su ilə ödəyirik.

Bu biabırçılığı nə vaxt düzəldəcəksizniz? Paytaxda su olmayan bölgələr var..."

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt