Əsas Səhifə > Ölkə, Manşet > `Bravo`nun TİCARƏT SİYASƏTİ BUDURMU?

`Bravo`nun TİCARƏT SİYASƏTİ BUDURMU?


23-05-2023, 08:40
`Bravo`nun TİCARƏT SİYASƏTİ BUDURMU?
DİA.AZ: - Artıq "Bravo" marketlər şəbəkəsində satışa çıxarılan məhsulların piştaxta-kassa qiymətlərindəki toqquşmalardan müştərilər cana doyub, desək yanılmarıq. Elə DİA.AZ olaraq işıqlandırdığımız gileylərin saylarının artmasından da anlaşılan budur.

`Bravo`nun TİCARƏT SİYASƏTİ BUDURMU?

Bu dəfə də Məlik Məmmədli adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında belə giley edir:

"Şikayətim "Bravo" Müştəri Xidmətləridəndir... Mağazada qiymətdə səhv olur.... yanlış yazılır vitrine başqa qiymət qoyurlar. Amma kassada məhsul baha olur. Hər səfər bunu müştəri xidmətinə - mağazanı idarə edənlərə bildirəndə "yaxşı" deyirlər, amma gedirsən ertəsi gün qiymətlərin yenə köhnə şəkildə qaldığını görürüsən, dəyismir...

Vitrinə aşağı qiymət vururlar, "ucuzdur" deyib alırıq... Amma kassada baha olur. Belə aldadıcı şəkildə mal satmaq nə qədər düzgündür?

Yaxşı səhvlik işçiyə aiddirsə, niye bildirəndən sonra da qiymət vitrində dəyismir... yenə də eyni səhv qalır... olduğu kimi... Səbəb nədir?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt