Əsas Səhifə > Ölkə, Manşet > Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?

Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?


11-05-2023, 09:31
Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?
DİA.AZ: - "Şabranın “Stansiya” adlanan ərazisində, Şabran Dəmiryolu vağzalının yaxınlığında yerləşən Füzuli küçəsinin sakinləri küçələrinin həddindən artıq bərbad olmasından şikayət edirlər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Füzuli küçəsinin sakinləri yollarının pis olması səbəbindən yayda toz-torpaqdan,qışda isə palçıqdan əziyyət çəkirlər. 800 metrdən artıq uzunluğu olan, 80-dən çox ailənin yaşadığı Füzuli küçəsi rayonun ən uzun və ən qədim ( 1940-1950) küçələrindən biridir.

Dahi şairimiz Füzulinin adını daşıyan küçənin acınacaqlı vəziyyətdə olmasının səbəblərindən biri də “gözdəniraq”, diqqətdən kənar , içəridə olmasıdır. Səngəri xatırladan küçədə yaşayan sakinlər bildirir ki, yağışlar yağanda bu küçə təmir olunmadığından ərazidən keçmək lap müşkülə çevrilir. Hətta taksi sürücüləri belə Füzuli küçəsinin lap bərbad, kələ-kötür olduğundan buraya o qədər də gəlmək istəmirlər.

Hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülsə də, bəzi küçələr təmir olunsa da , illərdir nə köhnə icra hakimləri, nə də indiki icra başçısı Asif Hüseynovun vaxtında məhz bu küçəyə asfalt çəkilməyib və çəkilmir.

Füzuli küçəsi salındığı gündən indiyəcən-az qala 100 ildir asfalt üzü görməyib. Yerli icra hakimiyyəti bura nəinki asfalt çəkib, heç adi çınqıl belə tökməyib, nə edilibsə sakinlər özləri edib. Üstəlik küçə işıqlandırılmadığından, gecə küçə qaranlığa qərq olur.

Bu küçənin asfalt problemi mətbuatda da işıqlansa da aidiyyati qurumlar tərəfindən heç bir tədbir görülməyib.

Sakinlərin şikayətlərinə isə yalnız o deyilir ki, yolun təmiri üçün büdcədə vəsait nəzərdə tutulmayıb.

Mətbuatda gedən məlumata görə bu yaxınlarda

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb,icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır.

Deyəsən bu səbəbdən şəhərin müəyyən küçələrində gözə kül üfürmək üçün şəhərin bəzi küçələrinə “yalandan” asfalt çəkilir. Amma əfsuslar olsun ki, yenə də Füzuli küçəsi kənarda qalıb...

Amma bununla belə sakinlər düşünür ki, o tarixi məqam əvvəl-axır gələcək və onların da küçəsində , necə deyərlər bayram olacaq və arzuladıqları asfalt çəkiləcək , küçələri gec də olsa abadlaşacaq".

Məsələ ilə bağlı DİA.AZ olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...

Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?
Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?
Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?
Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?
Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?
Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?
Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?
Şabranda sakinlər NƏDƏN GİLEY EDİR?

Geri qayıt