Əsas Səhifə > Ölkə, Manşet > Fərid Qayıbovun statusu ALƏMİ BİR-BİRİNƏ QATDI...

Fərid Qayıbovun statusu ALƏMİ BİR-BİRİNƏ QATDI...


1-05-2023, 10:36
Fərid Qayıbovun statusu ALƏMİ BİR-BİRİNƏ QATDI...
Azərbaycanın gənclər və idman naziri Fərid Qayibovun Formula 1 yarışlarının daha 3 il uzadılmasına dair sosial şəbəkədə yazdığı status əks reaksiyaya səbəb olub.

DİA.AZ-ın gununsesi.info-ya istinadən xəbərinə görə, nazirin “Formula 1 ilə tərəfdaşlığımızı növbəti üç il ərzində uzatmaqdan məmnunam” paylaşımına yüzlərlə sosial şəbəkə istifadəçisi sərt reaksiya verib.

Xüsusilə, Bakıda yollların durumuna diqqət çəkən insanlar bu yarışların sadə insanlara problem və əsəb yaşatdığını bildirib.

Həmçinin, müharibədən çıxan Azərbaycanda qazilərin ciddi sosial təminata ehtiyacı olduğunu yazanlar ölkə büdcəsindən on milyonlarla vəsaitin bu məqsədlə xərclənməsini tənqid edib.

Qeyd edək ki, nazirin paylaşımına yazılan tənqidi rəylərin çoxu sonradan silinib.

Fərid Qayıbovun statusu ALƏMİ BİR-BİRİNƏ QATDI...
Fərid Qayıbovun statusu ALƏMİ BİR-BİRİNƏ QATDI...

Geri qayıt