Əsas Səhifə > Ölkə, Manşet > Maşın bazarının rəhbərliyinin 100 min manatlıq MAXİNASİYASI
Maşın bazarının rəhbərliyinin 100 min manatlıq MAXİNASİYASI18-04-2023, 10:06 |
Babək prospektində yerləşən maşın bazarının rəhbərliyi sahibkara 100 min manata yaxın zərər vurub. DİA.AZ bildirir ki, bu iddia ilə Yenicag.az-a şikayətçi Ümidli Ümid Firudin oğlu müraciət edib. Şikayətçinin sözlərinə görə, 10 il maşın bazarında işləyib, həmin müddətdə onlara heç bir ödənişə görə sənəd verilməyib: “Bazar rəhbərliyi hər ay məndən 2175 AZN arenda pulu alırdı. Ancaq rəsmi ödəniş olaraq dövlətə 225 manat göstərilib. Bazar rəhbərliyi hər ay sahibkarlardan 1900 manatdan çox pul alıb, vergi orqanlarından da o qədər pul almasını gizlədib. Bir sahibkar var, ona 225 manat ödəniş edildiyi barədə qəbz veriblər. Yeri gəlmişkən, həmin şəxs də bazar rəhbərliyindən şikayətçidir. Vergi məndən 270 manat rüsum alırdı. 2 mağazam var idi. Ancaq bir qapısı olduğu üçün elə bir kassa ilə 2 mağazaya görə vergi verirdim. Onun da qəbzini vermirdilər. Pandemiya vaxtı prezidentin sərəncamı ilə sahibkarlara dəstək edilirdi. 270 manat vergi verirdim, ancaq mənə 2 dəfə olmaqla hər dəfəsində 330 manat pul verildi. Bazarda camaat narazılıq edəndən sonra vergini 120 manata endirdilər. Sonra vergini 140 manata qadırdılar. Maraqlanmışam, indi vergi 165 manatdır. O bazarda heç bir ödənişə görə qəbz verilməyib. Bazar Rasim Salmanova məxsusdur. Pandemiya vaxtı bazar 20 gün bağlı olsa da, bazar rəhbərliyi tərəfindən həmin günlərin də pulunu sahibkarlardan aldılar”. Ümidli Ümid bildirib ki, onun və onun kimi bir neçə sahibkarın tələbi bazar rəhbərliyinin 10 il müddətində onları aldadıb 100 min manata yaxın vurduğu ziyanı qaytarmasıdır: “Bununla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə şiakyət etmişəm. Cavab gəlir ki, gələcəkdə yoxlama aparılar, əgər dediyiniz faktlar təsdiqini taparsa, sizinlə əlaqə saxlayarıq. Bazardan şikayətçi olan sahibkarlar var. Şikayətçilərdən birində faktiki aylıq ödənişin qəbzi var. Bizə kassa gətirib qoyulmuşdu. Gündəlik satış kassaya vurulmalıdır. Bazar rəhbərliyi isə bizə tapşırıq qoyurdu ki, maksimum 20-30 manat kassaya pul vurulsun. Bütün qurumların bundan xəbəri var. Məsələ ilə bağlı qurumlara müraciət edəndə hamısı mənimlə Rasim Salmanovun vəkili kimi danışır. Yəqin ki, hamısının hesabını çatdırır. Bazarla sahibkarlar arasındakı müqavilə həmişə boş kağız olurdu. Biz də boş kağızı imzalayırdıq. Buna etiraz edəndə də deyirdilər ki, rəhbərliyin vaxtı yoxdur, özü oxuyub imzalayacaq. Yazdığım ərizələrə əsasən cəmi bir nəfərdən, bazarın səlahiyyətli nümayəndəsi olan Marif adlı şəxsdən izahat alınır. O, yazır ki, Ümid səhv deyir, buna qane olurlar. Rasim Salmanov həm bizi aldadıb, həm də bizdən aldığı pulları dövlətdən gizlədib”. Ümid Ümidli bildirib ki, onun istəyi məsələnin araşdırılması, sahibkarlara və dövlətə dəyən zərərin ortaya çıxarılmasıdır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |