Əsas Səhifə > Ölkə, Manşet > Bank sektorunun `LEO` TƏLƏSİ...

Bank sektorunun `LEO` TƏLƏSİ...


10-04-2023, 09:14
Bank sektorunun `LEO` TƏLƏSİ...
DİA.AZ: - "09.04.2023- cü il tarixində "Kontakt Home"un Azadlıq filalından taksitlə məhsul almaq istəyəndə "Leo bank" taksit kartımdan pul çıxdı, lakin "Kontakt Home" kassiri hesaba pulun oturmadığını bildirdi". DİA.AZ bildirr ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kənan Osmanov adlı istifadəçi giley edir.

Bank sektorunun `LEO` TƏLƏSİ...

Narazı vətəndaş yazır: "Satış rəsmiləşmədi. "Leo bank" əməkdaşı da 30-60 gün ərzində məsələnin aydınlasdıracağını, pulun hesaba geri qaytarılacağını bildirir.

Necə etməliyəm? Başına belə hadisə gelənlər zəhmət olmasa məlumat verərdi. Yəni mən sonra necə sübut edə biləcəm ki, məhsul mənə təqdim olunmayib. 2 ay az müddət deyil.

"LEO bank" taksit kartı ilə məhsul almayın..."

İddia olunanlarl bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt