Əsas Səhifə > Ölkə, Manşet > `Araz` Supermarket yenə də NARAZILIQ YARADIR

`Araz` Supermarket yenə də NARAZILIQ YARADIR


23-03-2023, 09:29
`Araz` Supermarket yenə də NARAZILIQ YARADIR
DİA.AZ: - "Şikayətim "Araz" Supermarketdəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

`Araz` Supermarket yenə də NARAZILIQ YARADIR

Daha sonra narazı vətəndaş yazır: "Deməli, "Araz" ("Papanin" körpüsü yaxınında olan) marketdən kənd toyuğu aldıq. Toyuğu doğrayanda gördüm ki, içalatı içərisindədir. Özümə də təəccüblü gəldi ki, nə əcəb bu şəkildə satılır.

Sonra gördüm ki, ürək ciyər və digər yeyilməli nə varsa çıxarıblar ancaq atılmalı nə varsa saxlayıblar içərisində.

Sual vermək istəyirəm ki, heçmi utanmırsınız? Heçmi doymursunuz? Hansı etik normalara sığır etdiyiniz bu hərəkət? Çəki artsın deyə, toyuğu tullantısı ilə bir yerdə satırsınız..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt