Əsas Səhifə > Ölkə, Manşet > Kəmaləddin Heydərovun kadrı NƏDƏN `VURULUR`...

Kəmaləddin Heydərovun kadrı NƏDƏN `VURULUR`...


15-03-2023, 10:58
Kəmaləddin Heydərovun kadrı NƏDƏN `VURULUR`...
DİA.AZ: - Bir neçə gün əvvəl yerli KİV-lərdə yerv alan informasiyada, ölkədə həyata keçirilən kadr islahatları çərçivəsində daha bir rayon icra başçısının öz postunu itirəcəyi bildirildi. Məlumatda deyilirdi ki, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad ediləcək.

Nöqsanın konkret olaraq nədən ibarət olduğunu açıqlamayan mənbə "Səbuhi Abdullayev başdan-ayağa nöqsandır və yaxın günlərdə şok faktlar açıqlanacaq" deyə əlavə informasiya verməyib.
Onu da qeyd edək ki, S.Abdullayev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun patronajlığı altında hesab olunur.

İndi isə DİA.AZ-a Səbuhi Abdullayevin nədən hədəfə çevrilməsi ilə bağlı konkret informasiya daxil olub. Məlumatlı mənbə iddia edir ki, Qəbələnin icra başçısının ayağında 1 milyon manatdan artıq kəsir var: "Həmin vəsait istənilən halda ödənməlidir. Vəı bundan sonra Abdullayevlə bağlı rəsmi qərar elan olunacaq. 1 aydan artıqdır ki, icra başçısı obyektl və evlərini satışa çıxarıb, pul toplayır..."

Əlavə bilgilərimiz olacaq.

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt