Əsas Səhifə > Ölkə, Manşet > "Müştəri yığıblar deyənə..."

"Müştəri yığıblar deyənə..."


6-03-2023, 10:30
"Müştəri yığıblar deyənə..."
DİA.AZ: - ""Push30" yeni-yeni yarananda əməkdaşları belə bir xidmət təklif etdilər. Müqavilə bağlayıb qoşuldum". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Ayaz Səmədzadə adlı istifadəçi giley edir.

"Müştəri yığıblar deyənə..."

Daha sonra narazı vətəndaş yazır: "Ən yüksək həddi olan plus paketinə. Ayda 5-6 dəfə istifadə edərəm ya yox. Hazırda Boulivard hotelə gəlmişəm bildirirlər ki sizin giriş 17:30 a qədərdi. Bəs qaydaları dəyişiblər.
1 illik müqavilə bağlamışam mən müqavilə bağlayanda belə qayda olmayıb. Belə şərt olmayıb.
Bəlli artıq biraz müştəri yığıblar elə zənn edirlər ki xoruz banlamasa səhər olmayacaq. Elə onlara verdiyim pulu hotelə ödəyib daha rahat istifadə edib belə problemlə qarşılaşmaram.
Müqavilə bağlayanda olan şərtlə sonradan mənə şəxsimə bildirilmədən qaydanı dəyişmək ən səviyyəsiz bir xidmətin məhsuludu. Əminəm ki zamanla çox insan bundan imtina edəcək..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt