Əsas Səhifə > Ölkə, Manşet > Əli İnsanovun köhnə kadrı onun üçün partiya qurur
Əli İnsanovun köhnə kadrı onun üçün partiya qurur21-01-2014, 12:01 |
DİA.AZ: - Bu günlərdə belə bir məlumat yayıldı ki, hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov keçmiş spiker Rəsul Quliyev və keçmiş deputat Hüseyn Abdullayevlə birgə «Gələcək Azərbaycan» Partiyası adlı yeni siyasi təşkilat yaradır. Bildirək ki, bu barədə bir neçə xəbər qaynağı tərəfindən məlumatlar yayılsa da, nədənsə «baş sponsoru» kimi Əli İnsanov təqdim olunan bu yeni partiya ilə bağlı hər hansı hərəkətlənmə mövcud deyil. DİA.AZ-a ötürülən informasiyalarda isə bildirilir ki, əslində Əli İnsanovun belə bir niyyəti olsa da, həmin niyyətini Rəsul Quliyev və Hüseyn Abdullayevlə gerçəkləşdirmək fikrində deyil. Bu barədə redaksiyamıza danışan bilgili qaynaq iddia edir ki, artıq Əli İnsanovun yaxın qohumlarından birinin də iştirakı ilə yeni partiyanın quruculuğuna start verilib: «Maraqlı orasıdır ki, quruculuq işində keçmiş səhiyyə nazirinin zamanında xəstəxanalardan birinə rəhbərlik edən tanınmış həkim də yer alır». Bildirək ki, redaksiyamıza həmin həkimin kimliyi barədə informasiya vverilsə də, dəqiqləşdirmədən xəbəri yaymamaq qərarını verdik. Bizi izləyin… Geri qayıt |