Əsas Səhifə > Ölkə, Manşet > Naxçıvanda TALIBOVSAYAĞI TƏFTİŞ

Naxçıvanda TALIBOVSAYAĞI TƏFTİŞ


16-02-2023, 10:46
Naxçıvanda TALIBOVSAYAĞI TƏFTİŞ
DİA.AZ: - Vasif Talıbov `Naxçıvan Xanı` kürsüsündən devrilsə də, onun ənənələri hələ də yaşayır, onun ənənələrini hələ də yaşadanlar var. Bu barədə DİA.AZ-ın əldə etdiyi ilginc bir faktdan da anlaşılır.

Məlumdur ki, Vasif Talıbovun gedişi ilə Naxçıvandaakı bütün dövlət qurumlarında total təftiş həyata keçirilib. DİA.AZ-ın əldə etdiyi məlumata görə, Culfa gömrüyündə bu yoxlama işi da Talıbovsayağı həyata keçirilib.

DİA.AZ bildirir ki, Naxçıvan Gömrük Baş İdarəsinin 2 nümayəndəsi Culfa gömrüyündə yoxlamaya gedib. Həmin 2 nəfər həbs olunub. Məlum olur ki, onlar rüşvət alarkən saxlanılıblar.

Hal-hazırda bir neçə idarə və müəssədə yoxlamalar aparılır.

Əlavə bilgilərimiz olacaq.

Geri qayıt