Əsas Səhifə > Ölkə, Manşet > Vergi Xidməti Yusif Qədimbəylinin nazı ilə çox oynayacaq?

Vergi Xidməti Yusif Qədimbəylinin nazı ilə çox oynayacaq?


27-01-2023, 11:29
Vergi Xidməti Yusif Qədimbəylinin nazı ilə çox oynayacaq?
Bütün dünyada dövlətin normal işləməsi üçün vergi sistemi var. Təsəvvür edirsiniz, qazı, nefti, nə bilim qızılı olmayan balaca Estoniyada minimal əmək haqqı 3000 avrodur. İstər-istəməz ortaya sual çıxır ki, bu qədər pul bu balaca ölkədə haradandır ki, bu vətəndaşına bu qədər əmək haqqı verə bilir..? Bu sualın bircə cavabı var: Bu ölkədə vergi sistemi düzgün qurulub.
Bəli, hər gün oxuyuruq ki, filan şirkətin dövlət büdcəsinə 100 min manat borcu var....filan məmurun oğlunun dövlət büdcəsinə 300 min manat borcu var...filan nazirin arvadının vergiyə 400 min borcu var...və s. Bunu sonsuza qədər davam etdirmək olar.
Deməli, məmurlarımız, onların övladları, ailə üzvləri dövlət büdcəsini təkcə talan etmirlər, həm də büdcəyə ödənilən vergiləri vermirlər... Belə olan halda dövlətin büdcəsində pul haradan ola bilər..? Hələ bu harasıdır..? Filan məmurun Azəriqaza, filan nazirin Azərişığa, filan komitə sədrinin Azərsuya....100 min manat borcu var. Belə xəbərləri hər gün oxuyuruq. Adam dəhşətə gəlir ki, bu necə ola bilər..? Vətəndaşın 1 manatı olmayanda qazı, işığı, suyu kəsilir. Bəs bu məmurun 100 min manat borcu olduğu halda niyə qazı, işığı, suyu kəsilmir..? Bu məsələ təkcə məmurlarla bağlı deyil ee... Məmurların himayə etdiyi biznesmenlərlə də bağlıdır.
Təsəvvür edirsiniz, Cənubi Qafqazın ən böyük Ticarət Mərkəzlərindən biri, birincisi, Sədərək Ticarət Mərkəzidir. Bura ərəb ölkələrindən, nə bilim Dağıstandan, Tatarıstandan, Çindən daha haralardan biznesmenlər gəlib ticarət yapırlar. Və bu boyda Ticarət Mərkəzində hesab-uçot-zad yoxdur. Nə vergi, nə rüsum, nə hesabat-filan... Bəli, bu Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli özünü az qala “karol” kimi aparır.
Məlumat üçün onu da qeyd edək ki, Yusif Qədimbəyli ilə Naxçıvanın “kəndxudası” Vasif Talıbov, daha doğrusu, onun general oğlu Rza Talıbov “Sədərək” Ticarət Mərkəzini şərikli işlədiblər.
İndi son informasiyalara diqqətlə fikir verin. İki gündür ölkənin informasiya agentlikləri “Sədərək”də baş verənləri tirajlayır.
Bəli, yayılan son məlumatlara görə...... Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər sırasında “Sədərək” ticarət mərkəzinin də adı çəkilir. Bu ticarət mərkəzində milyardlarla vəsait dövr edir.
Təsəvvür edirsiniz, milyardlar dövr edir. Və üstəlik.... Deməli, bu ticarət mərkəzinə daxil olan hər bir avtomobil 50 qəpik pul ödəyir. Bu bir gündə, bir ayda bilirsiniz nə qədər pul eləyir..? Amma vətəndaşlara 1 manatlıq qəbz-çek verilmir...
Biz bir media olaraq illərdir yazırıq ki, Azərbaycana ən böyük təhlükə məmurlarda toplanmış milyardlardır. Bəli, bu gün Naxçıvanda Vasif Talıbova qarşı baş verən proseslərin səsi Sədərəkdən gəlir.
Xatırladaq ki, iki gündür “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. Yeni vergi siyasətilə razılaşmayan ticarətçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmırlar. Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər. İndi gördünüzmü, Vasif Talıbov- Ramiz Mehdiyev cütlüyü sakit oturmaq istəmir.
Sözün qısası, bu ölkədə Yunis-Yusif Qədimbəyli qardaşlarının həbsi labüddür. Və Vasif Talıbovun oğlu Rza Talıbovun Yusif Qədmibəylilə birgə-ortaq bazarı bağlanmalıdır.
Sonda dövlət qurumlarına bir sual ünvanlayırıq: Ənvərin vergi borcunu kim ödəyəcək..? Yusif Qədimbəylinin Prezident Administrasiyasında işləyən oğlunun evindən bu yaxınlarda 1 MİLYON oğurluq oldu... Dövlətdən maaş alan bu cavan oğlanlın evində 1 milyon haradandır..?
Sözün qısası, Vasif Talıbovdan sonra növbə Yusif Qədmibəyliyə çatır... Ümid edirik ki, yaxın günlərdə Yusif Qədimbəylinin həbsi qaçılmaz olacaq.
P.S. Yusif Qədimbəylilər cəmiyyətdə nə qədər pullu kimi görsənsələr də keçmişə nəzər salanda hər şey açıq-aydın görsənir.
//gundelik-baku.com//
Geri qayıt