Əsas Səhifə > Ölkə, Manşet > Səlim Müslümov Fizuli Ələkbərovun daha bir kadrını "vurdu"

Səlim Müslümov Fizuli Ələkbərovun daha bir kadrını "vurdu"


15-01-2014, 11:08
Səlim Müslümov Fizuli Ələkbərovun daha bir kadrını "vurdu"
DİA.AZ: - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov Füzuli Ələkbərovdan qalma daha bir kadrı yola salıb. Bu barədə DİA.AZ-a nazirlikdəki mənbələr xəbər ötürüb. Qeyd edək ki, hələ keçən ay Səlim Müslümovun gənc kadrlardan birinə vaxt verdiyini yazmışdıq və indi təsdiqlənir xəbərimiz.

Məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tutduğu vəzifəsindən azad olunub. Onun öz ərizəsiylə işdən çıxdığı bildirilir.

Məlumat üçün bildirək ki, İlham Məmmədov uzun müddət "Azadinform" İnformasiya Agentliyində sosial və iqtisadi sahələr üzrə müxbir kimi fəaliyyət göstərib. 1 iyun 2010-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini və müdiri vəzifələrində işləyib.

İ.Məmmədovun özüylə əlaqə saxladıq və DİA.AZ-a açıqlamasında o məlumatı təsdiqlədi.

Geri qayıt