Əsas Səhifə > Ölkə, Manşet > "Çilov qəsəbəsi Bağırov Zaurun adınadır..."

"Çilov qəsəbəsi Bağırov Zaurun adınadır..."


17-01-2023, 09:57
"Çilov qəsəbəsi Bağırov Zaurun adınadır..."
DİA.AZ: - "Bəndədən kömək görməyəndə Allaha tapşırılır, insan taleyi ilə oynamayın". DİA.AZ bildirir ki, bunu "Azneft" 28 May adına NQÇİ -nin işdən azad olunmuş işçisi yazır. Uzun illərdi işdən azad olumasını qeyri qanuni hesab edən narazı vətəndaş əlaqadar qurumlardan haqqının bərpasını tələb edir.

DİA.AZ-a daxil olan müraciətdə deyilir: "2011 ci ildən yüzlərlə müraciətim olub... Nə əmək hüquqlarım bərpa olundu, nə də əlilliyimi rəsmiləşdirmədilər. Sağlamlığımı itirmişəm işlədiyim müddətdə..

Rüşvət baş alıb gedir... "28 MAY NQCI" Isgəndərov Daşqın adınadır... Onu Allaha tapşırmışam...

Pirallahı rayon Çilov qəsəbəsi Bağırov Zaurun adınadır... Çünki məni qanunsuz işdən azad etdi və ordan sürgün etdi... Bu zülmü Allah da götürməz...

İdarədaxili bütün noqsanları ifşa edən faktları yazıb bütün dövlət qurumlarına göndərəcəm... Bəlkə bundan sonra bu adamlar haqqında ölçü götürələr..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt