Əsas Səhifə > Ölkə, Manşet > "Aztikintiyol" işçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR

"Aztikintiyol" işçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR


14-01-2023, 12:03
"Aztikintiyol" işçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR
DİA.AZ: - "Bizim sözümüz Cənab Prezidentədir. Biz Prezidentdən kömək istəyirik". DİA.AZ bildirir ki, bunu 7 aydan artıqdır ki, əməkhaqqılarını ala bilməyən "Aztikintiyol" MMC-yə aid Şəmkir Çınqıl Zavodunun işçiləri qeyd edirlər.

"Baş direktorumuz Mehmanşah Yunusov bizi vecinə almır. Hansı quruma da şikayət edirik, şikayətimizi eşidən yoxdur" deyən fəhlələr sözlərinin Prezidentə çatdırılmasını istəyirlər.

"Aztikintiyol" işçiləri Prezidentdən KÖMƏK İSTƏYİRLƏR

DİA.AZ bildirir ki, fəhlələrdən, əməkhaqqısını ala bilməyən işçilərdən digəri də tək ümidlərinin ölkə başçısı olduğunu bəyan edir.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt