Əsas Səhifə > Ölkə, Manşet > Elnur Bayramovun 235 nömrəli məktəbdəki əməllərinə BŞTİ niyə göz yumub?

Elnur Bayramovun 235 nömrəli məktəbdəki əməllərinə BŞTİ niyə göz yumub?


10-01-2023, 10:15
Elnur Bayramovun 235 nömrəli məktəbdəki əməllərinə BŞTİ niyə göz yumub?
Bir müddət əvvəl, daha dəqiq ötən ilin noyabrında sosial şəbəkələrdə və elektron media resurslarında Pirallahı rayonundakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olmuş Elza Cəfərovanın işdən əsassız olaraq çıxarılması barədə məlumatlar yayılmışdı. Oğlu 44 günlük Vətən Müharibəsində, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində son günə qədər iştirak etmiş bir ananın işindən çıxarılması ictimaiyyət arasında da narazılıqla qarşılanmışdı. Hamı bir nəfər kimi Elza Cəfərovanın müdafiəsinə qalxmışdılar. Elza Cəfərovanın redaksiyamıza verdiyi məlumata görə işinə bərpa olmaq üçün məhkəməyə müraciət edib, hazırda məhkəmə prosesinin başlamasını gözləyir. Bununla yanaşı Elza Cəfərova işdən əsassız olaraq çıxarılması barədə redaksiyamıza yeni məlumatlar verib.

Sözügedən məlumatlarda Elza Cəfərova qeyd edir ki, bu neçə ayda ən çox verilən suallardan biri də məktəbdə keçirilən Pedaqoji şuranın iclası barədə olub. Qeyd edim ki, bəli, məktəbdə Pedaqoji şuranın iclası keçirildi. Elnur müəllim mənə axşamdan yazmışdı ki, müəllimə, çıxış hazırla, müəllimlər vaxtlı-vaxtında dərsə girmir , davamiyyət çox pisdir və ümumi vəziyyət barədə. Mən isə ona dedim ki, məktəbdə heç bir vəziyyət dəyişkənliyini bilmirəm, mən hələ təzə gəlmişəm, Siz deyin. Mən çıxış etməyəcəyəm.Ümumiyyətlə, baş vermiş hadisə ilə əlaqədar iclasda iştirak etmək istəmədiyimi bildirdim. Bir də ki , mənim xəbərim yoxdur, BŞTİ -yə dörd nəfər müəllimi göndərmisiniz, onda iclas edərdiniz. Elnur müəllim bildirdi ki, bu iclasın keçirilməsi elə BŞTİ tərəfindən tapşırılıb. Elnur müəllim dedi ki, iştirak etməsən, BŞTİ-yə yazılı bildirəcəyəm, hətta mənə yazılı forma hazırladı, imza çəkdim. Mən də həmin məlumatı BŞTİ-yə, Sevda xanıma çəkib göndərdim. Mənə deyir ki, BSTİ iclas edir, düzdür? Sevda xanım dedi ki, bilmirəm . Bir neçə müəllim mənə iclasa gedək, görək bu yenə nə oyundur, dedilər, getdik. Mənə Elnur müəllim iki ağ vərəq verdi ki, vərəqin birində özüm imza çəkim, digər vərəqdə isə Pedaqoji şurada iştirak etmələri barədə pedaqoji şuranın üzvləri imza cəksin, yəni davamiyyət üçün. Onun tapşırdığı kimi etdim, davamiyyət üçün imza çəkdik. Elnur müəllim gəldi. İclas başladı, iclas dediyi sözlərin heç birinə aid olmadı. Biri çıxdı dedi ki, mən YAP-ın sədriyəm və çıxış etdi, o biri durub dedi ki, Pirallahı rayon İcra Hakimiyyəti cənab Prezidentimiz rayona gələndə mənə çıxış verib və bir neçəsi dedi ki, mənim kitabım çıxıb. Pedaqoji şuranın katibi isə bildirdi ki, bu iş tələb edəndi, işləyə biləcəksiniz, müəllimlər? Mən bu iclasda özümə sual verdim, bunlar özlərini mənə niyə tanıdırlar, təqdim edirlər. Sonra məlum oldu ki, mənim guya direktorluğa fikirim olub. Ora başqa namizəd olduğuna görə böyük bir oyun qurulub. Hətta iclasda neçə illərin sözünü deyən, çox hörmətli, qocaman müəllimlərə Elnur müəllim çıxış etmək üçün imkan vermədi. Sonra eşitdim ki, müəllimlərin bəziləri Elnur Bayramova deyəndə bu nə oyundu, deyib mənlik deyil. Yuxarıdan, yəni BŞTİ-dən əmr gəlib, ya Elza müəllim 231 nömrəli məktəbə və yaxud başqa məktəbə getməlidir, ya da 235 nömrəli məktəbdən çıxarılmalıdır. Sözün düzü, çox rahat, arxayınlıqla işimdə idim, gözləmirdim, çünki ən azından inanırdım. Elnur Bayramov məktəbdə gün ərzində iki -üç saat olardı. Səhər saat 7 tamamdan axşam 8-ə işləyənə kimi, tək məktəbdə olurdum. Çox böyük bir problemli bir məktəbdə müəllim ordusunun əli ilə yavaş-yavaş problemimizi həll edirdik. Mən hardan bilim ki, Elnur Bayramov Pedaqoji şurada çəkilən imza və bütün problemləri yazıb aparıb BŞTİ-yə verərək məni çıxartdıracaq.Bilsəydim, elə həmin dəqiqə onu indiki kimi idarə rəhbərinə və yaxud Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə teleqramla olsa da, çatdırardım. Çünki mənim əlimdə faktlar çox idi. Mən öz işimdə olduğum vaxt da heç kimi və heç nəyi fikirləşməmişəm, günahım olsa idi, ən azından özüm ərizə yazardım, 70 “c” bəndi deyiləndə ehtiyat edərdim. Ali orqana müraciət etməzdim. Mən Elnur Bayramova deyirəm, artıq ikinci dəfə məhkəmədir, bir döyüşçü ailəsi, döyüşçü anası, qazi bacısı kimi bu işdə tək özümü yox, gələcəyimiz olan uşaqları düşünürəm, vətəni tanıdan, sevdirən məktəb sistemində işləmək Sizlik deyil. Siz kimin əli ilə, asanlıqla üç aydan bir məktəb dəyişmisiniz, bilmirəm, ancaq həmin Sizə köməklik edən rəhbər inanıram ki, xəcalət çəkir. Araşdırma aparmaqda vəkilimdən çox xahiş etmişəm. İstər mənim, istər kim olur- olsun, hər şey üstu açılmalı və cəzası olmalıdır. Bütün məlumatlar Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə göndəriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə və elektron media resurslarında Elza Cəfərovanın işindən əsassız olaraq çıxarılması barədə çoxsaylı məlumatların yayılmasına baxmayaraq son bir ayda nə Elm və Təhsil Nazirliyinin, nə də Bakı şəhər Təhsil İdarəsinin rəsmiləri tərəfindən heç bir açıqlama verilməyib. Elnur Bayramov hazırda Pirallahıdakı 168 saylı məktəbin direktorudur. Məlumatlara görə Elnur Bayramov Bakı şəhər Təhsil İdarəsində yüksək vəzifə tutanlardan birinin qohumudu. Pedaqoji təhsili olmamasına baxmayaraq qısa müddət ərzində Pirallahıdakı 243 və 235 saylı məktəblərdə direktor əvəzi işləyib. Bakı şəhər Təhsil İdarəsində onun 235 saylı məktəbdəki əməllərinə də buna görə göz yumulub.

Aktualinfo.org

Geri qayıt