Əsas Səhifə > Ölkə, Manşet > "Optimal Electronics"dən müştəriyə OPTİMAL `XİDMƏT`...

"Optimal Electronics"dən müştəriyə OPTİMAL `XİDMƏT`...


24-12-2022, 11:00
"Optimal Electronics"dən müştəriyə OPTİMAL `XİDMƏT`...
DİA.AZ: - "Şikayətim "Optimal Electronics"dəndir. 28.11.2021-ci il tarixində televizor, soyuducu, paltaryuyan maşın, ətçəkən və blender almışdım. Ümumi məbləği 5000 manata yaxındır". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Nigar Əliyeva adlı istifadəçi giley edir.

"Optimal Electronics"dən müştəriyə OPTİMAL `XİDMƏT`...

Narazı vətəndaş daha sonra bildirir: "O vaxt mənzilim hazır olmadığına görə Optimal-ın işçiləri aldığım məhsulları anbarda saxlanılmasını məsləhət etdilər, məndə müddətin uzun ola biləcəyini bildirdim, onlar isə qarşılığında “ problem yoxdur, istədiyiniz qədər anbarda qala bilər”. 1 həftə öncə 012 954 qaynar xətti ilə əlaqə saxlayıb məhsullarımın bu həftə ərzində göndərilməsini xahiş etdim, operator xanım isə “problem yoxdur, göndəriləcək” dedi. Bu günə qədər səbr və təmkinlə gözləyirdim, amma nə çatdıtılma var nədəki bir məsul şəxs mənimlə əlaqə saxlamayıb. Bugün səhər 10:00dan iş saatının sonuna qədər müxtəlif vaxtlarda zəng elədim və cavab olaraq iş müdriyyət səviyyəsindədi deyilir.Bütün ödəniş qrafik üzrə olub və borc bağlanılıb. Bilmək istərdim ki, mənim aldığım məshul başqa şəxsə satıla bilərmi və bu məsələni hansı yol ilə həll edə bilərəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt