Əsas Səhifə > Ölkə, Manşet > Binəqədi rayonunda hansı dövlətin qanunları işləyir?
Binəqədi rayonunda hansı dövlətin qanunları işləyir?11-01-2014, 17:25 |
DİA.AZ: - Binəqədi rayon sakinləri icra başçısı Xaləddin İsgəndərovun zülmündən şikayətçiidirlər. Bu barədə DİA.AZ-a yazan vətəndaşlar qeyd edirləri ki, Xaləddin İsdəngərov Binəqədiyə rəhbər təyin olunandan bəri sakinlərin günü qara olub. Redaksiyamıza daxil olan şikayət məktubunda deyilir: «Xaləddin İsgəndərov özünü Binəqədidə bir vergi işçisi kimi aparır. Sanki bütün rayon onun obyektidir. Hər kəsdən vergi yığır kimi davranır». Sakinlər bildirir ki, yeni ev tikməyə başlayanlar icra başçısının bir nömrəli hədəfidir: «Bu barədə dəfələrlə bütün aidiyyatı qurumlara da şikayət etmişik. Amma bizi eşidən yoxdur. Təsəvvür edin, təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tləb olunur. Əgər evin bir mərtəbəlidirsə, o zaman 5 min manat, yox əgər evin 2 mərtəbəlidirsə 10 min manat verməlisən». Şikayətçilər bildirir ki, icra hakimiyyətinin Nicat adlı işçisi bu gün Xaləddin İsgəndərovun adından rəsmən bazarlıq edirlər: «Bu adam bəlkə də Azərbaycan dövlətinin qanunlarından xəbərsizdir. Rəsmən bazarlıq edir. Hətta dəfələrlə xəbərdarlıq etmişik ki, etdiyi əməl qanunsuzdur. Amma bizə cavabı o olub ki, bütün əməllərinin arxasında kimsə yox, birbaşa olaraq icra başçısı Xaləddin İsgəndərov dayanır». Sakinlərin sözlərinə görə, açıq şəkildə onlardan pul tələb edən icra hakimiyyətinin nümayəndəsinə rədd cavabı veriblər: «Amma son söz onlarındır. Biz pul verməsək, deməli:. Ya inşaatımız yarımçıq qalacaq, ya da tikdiyimiz ev söküləcək. Bu gün Binəqədi rayonunda məhz bu şəkildə bir özbaşına mühit yaradılıb». DİA.AZ olaraq şikayətlər üzərə rayon icra başçısı ilə əlaqə saxlamağa çalışdıq. Amma nədənsə icra başçısın köməkçisi hətta Xaləddin müəllimin iş başında olmasına rəğmən redaksiyamızın suallarına cavab vermədi və iş günü olmamasını bəhanə gətirdi. İstənilən halda, yenə də məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |