Əsas Səhifə > Ölkə, Manşet > NƏ BAŞ VERİR: Vasif Talıbov HƏBS OLUNUB?

NƏ BAŞ VERİR: Vasif Talıbov HƏBS OLUNUB?


14-12-2022, 10:59
NƏ BAŞ VERİR: Vasif Talıbov HƏBS OLUNUB?
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ətrafında baş verən hadisələr, onun açıq şəkildə “vurulması” “kiçik torpaqda” narazı olan şəxsləri fəallaşdırıb.
DİA.AZ Bakupost.az-a istinadla xəbər verir ki, Talıbovun vaxtilə həbs etdirdiyi şəxslərin bir qismi, eləcə də Naxçıvandan didərgin salınmış bəzi iş adamları haqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməyi qərarlaşdırıblar.
Bəzi iddialara görə, həmin adamların bir çoxu Talıbova qarşı vahid cəbhədə birləşiblər, işləri planlı şəkildə həyata keçirməyə başlayıblar.
Məlumatda bildirilir ki, plan baş tutarsa, Talıbovu çox ciddi cəzalar gözləyə bilər. Çünki iddialarda sübutlar, təkzibedilməz faktlar kifayət qədər çoxdur.
Qeyd edək ki, Vasif Talıbovun diktatorluğu, xan üsul-idarəsindən əziyyət çəkən, maddi və mənəvi ziyan görən, işini, azadlığını itirən şəxslərin sayı minlərlədir.
Onlar arasında iri məmurlar da var. Elə son illərdə bir neçə yüksək vəzifəli şəxsi həbs etdirib.

Daxili işlər naziri Əhməd Əhmədov 2021-ci ildə onun barəsində Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (külli miqdarda mənimsəmə) cinayət işi başlanıb və o həbs edilib. Naxçıvan Hərbi Məhkəməsi ona 11 il azadlıqdan məhrumetmə cəzası verib.

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov da həbs həyatı yaşayıb. Belə ki, general-leytenant V. Ələsgərov barəsində 2016-cı ildə həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin sentyabr ayında isə Ali Məhkəmənin qərarı ilə o, azadlığa buraxılıb.

Naxçıvanda həbs edilən nazirlərdən biri də Muxtar Respublikanın sabiq təhsil naziri Məmməd Qəribovdur. Sabiq nazir bir müddət həbs həyatı yaşasa da, 2021-ci ilin iyun ayında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M.Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Geri qayıt