Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Məzuniyyətdən qayıdan icra başçısının müavini işdən qovuldu

Məzuniyyətdən qayıdan icra başçısının müavini işdən qovuldu


8-01-2014, 18:18
Məzuniyyətdən qayıdan icra başçısının müavini işdən qovuldu
DİA.AZ: - Şamaxı rayon icra hakimiyyətində dəyişiklik baş verib. Bu barədə DİA.AZ-a rayondan məlumat verilib. Verilən xəbərə görə, başçısının humanitar məsələlər üzrə müavini Əşrəf Şükürov işdən qovulub.O məzuniyyətdən qayıdandan sonra işdən azad olunmağı ona bildirilib və iş otağını tərk etmək tapşırılıb.

Məlumatda deyilir ki, vu xəbəri eşidəndən sonra onun halı pisləşib və xəstəxanaya yerləşdirilib. Hal-hazırdada xəstəxanda müalicə olunur. 20 ildir bu vəzifədə çalışan, rayonun təhsili, mədəniyyəti və səhiyyə sahələrini bərbad vəziyyətə qoyan Əşrəf Şükürovun işdən qovulması rayon caamatı tərəfindən sevinclə qarşılanıb. Qeyd edək ki,bu şəxs rüşvətxor məmur kimi ad çıxarmışdı. Onun vəzifədən qovulmasında əsas şəxs kimi icra başçısının 1-ci müavini Qasım Qasımovun rolu olduğu bildirilir.

Həmçinin bütün rayonlarda humanitar işlər ürə müavinin qadın olması tapşırığının Prezident Aparatı tərfindən verilməsidə Əşrəf Şükürovun işdən qovulmasını asanlaşdırıb. Onun yerinə bu yaxınlarda bir nəfər qadının təyin olunacağı gözlənilir.

Geri qayıt