Əsas Səhifə > Ölkə, Manşet > Muxtar Babayev əkin-biçinə girişib...

Muxtar Babayev əkin-biçinə girişib...


22-11-2022, 10:03
Muxtar Babayev əkin-biçinə girişib...
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət etdiyi 100 hektara yaxın meşə ərazisində taxıl və başqa dənli bitkilər əkilib. Həmçinin, minlərlə hektar meşə ərazisi mal-qaranın örüşünə çevrilib.

DİA.AZ-ın məlumatına görə, AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli şəxsləri bu prosesdən maddi maraqlarını təmin etmək üçün yararlanırlar.

İxtisasca iqtisadçı olan direktor Nəsimi Nəsibov və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəhbər şəxsləri tək dövlət meşə fondu torpaqlarını ev yeri kimi yox, həm də onları ayrı-ayrı vətəndaşlara örüş və kənd təsərrüfatı məqsədi ilə verib.

AzToday.az xəbər verir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 18 saylı dolayının 46 və 66-cı kvartallarında 15.00 hektardan çox yer kənd təsərrüfatı bitkilərin əkmək üçün satılıb və hazırda həmin ərazilər əkilib. Halbuki dövlət meşə fondunda kənd təsərrüfatı bitkilərini əkmək qəti qadağandır, ən əsas da zəmi. Çünki zəmi bitkilərinin yanğına məruz qalma riski çox olduğu üçün meşə ərazisi üçün ciddi təhlükə yaradır.
Ərazinin koordinatları:
X-288950, Y-4326450

Muxtar Babayev əkin-biçinə girişib...
Muxtar Babayev əkin-biçinə girişib...
Muxtar Babayev əkin-biçinə girişib...

Göytəpə meşəbəyliyinin 12 saylı dolayın 13-cü kvartalının birinci bölməsində də dövlət meşə fondu torpaqları kənd təsərrüfatı məqsədi ilə istifadə olunur.

Cəlilabad meşəbəyliyinin 8 saylı dolayının 47-ci kvartalının 1, 4 və 5-ci bölmələrində dövlət meşə fondu ərazilərinin bir hissəsi əkilib.

Muxtar Babayev əkin-biçinə girişib...
Muxtar Babayev əkin-biçinə girişib...

Həmçinin, Göytəpə meşəbəyliyinin 16 saylı dolayının 42-ci kvartalının 1-ci bölməsində kənd təsərrüfatı bitkiləri əkilib.
Ərazinin koordinatları:
X-286619, Y-4328312

Muxtar Babayev əkin-biçinə girişib...
Muxtar Babayev əkin-biçinə girişib...

Geri qayıt